|
|
Tədbirdə tanınmış alim Rafiq Əliyev, görkəmli ictimai xadim Həmid Cəfərov, şair Vaqif Bayatlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BMAF) sədri Umud Rəhimoğlu, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ulduz” jurnalının baş redaktoru Elçın Hüseynbəyli, şair Tofiq Abdin, tənqidçi-ədəbiyyatşünas Rüstəm Kamal, tənqidçi Cavanşır Yusifli, şair Əlisəmid Kür, jurnalistlər İsgəndər Allahverən, Vahid Qazi, sənət adamları və başqaları çıxış ediblər. Çıxışçılar L.Cəbayıllının həm bacarıqlı jurnalist, həm də istedadlı ədəbiyyatçı olduğunu xüsusi ilə vurğulayıblar.
Ötən əsrin 90-cı illərindən başlayaraq, dövri mətbuatda ədəbi-bədii yazılarıyla çıxış edən Laura Cəbrayıllının ilk kitabında esse, publisistika, ədəbi portretlərlə yanaşı, elm, ədəbiyyat, dövlət xadimlərilə maraqlı müsahibələri və gündəliyindən sətirlər yer alıb. Şair Vaqif Bayatlının “Ədəbiyyat onu axtarır” adlı ön sözü ilə “Avrasiya Press” nəşriyyatında çap olunan kitabın redaktoru Umud Rəhimoğlu, məsul redaktoru Qulu Ağsəsdir.
Kitaba Xudu Məmmədov, Sabir Əhmədov, Vidadi Məmmədov, Aydın Məmmədov, Şahmar Hüseynov, Fərman Kərimzadə, Rübabə Muradova, Şahmar Əkbərzadə, Mehdi Bəyazid, o cümlədən Vaqif Səmədoğlu, Anar, Vaqif Bayatlı və başqalarının ədəbi portretləri ilə yanaşı, müxtəlif illərdə qələmə aldığı resenziyaları, publisistik yazıları daxil edilib.
|
|
Modern.az