Modern.az

Azərbaycanda meymunçiçəyinə yoluxan var? - Nazirdən açıqlama

Azərbaycanda meymunçiçəyinə yoluxan var? - Nazirdən açıqlama

Ölkə

6 İyun 2022, 17:24

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.

 

Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. 

 

“Meymunçiçəyi virusu ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) istər ölkə, istərsə də Avropa Bürosu ofisləri ilə mütəmadi təmasdayıq. Azərbaycanda meymunçiçəyi virusunun yayılmasına şərait yaradan amillər yoxdur. Ümid edirik ki, əhalinin gigiyenik qaydalara riayət etməsi həmin virusun ölkəmizdə yayılmasına imkan verməyəcək”, - deyə nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC