Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsi boşalıb. Bu barədə Modern.az-a universitetdən məlumat veriblər. Saytımıza bildirilib ki, indiyədək BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri işləyən Şərəf Cəlilli Milli Aviasiya Akademiyasının mətbuat katibi postuna təyin olunub.
Filologiya elmləri namizədi, jurnalist Şərəf Cəlilli publisistika ilə də məşğuldur və bir neçə kitabın müəllifidir. O, BDU-da işləməzdən əvvəl Azərbaycan radiosunda çalışıb.
Modern.az