Modern.az

"Azərbaycanda məhkəmə qərarı ilə bəraət alanlar 1 faz təşkil edir"

"Azərbaycanda məhkəmə qərarı ilə bəraət alanlar 1 faz təşkil edir"

Ölkə

10 Mart 2010, 13:45

Ali Məhkəmənin sədri Ramiz Rzayev bir neçə gün öncə keçirdiyi mətbuat konfransında 2009-cu ildə Azərbaycan məhkəmələrinin 96 min 129 işə baxdığını, 14 min 496 nəfərin müxtəlif cəzalara məhkum edildiyini, cəmi 21 nəfərə isə bəraət verildiyini bildirib.

Modern.az xəbər verir ki, Azərbaycan məhkəmələrinin fəaliyyətindən narazı olan Milli Məclisin deputatı Fazil Mustafaının sözlərinə görə, məhkəmələr təqsirləndirilən şəxslərə mümkün qədər ağır cəza verməkdə maraqlıdılar. Yəni bizim məhkəmələr çox zaman ədalət prinsiplərini gözləmirlər. Millət vəkili bildirib ki, Azərbaycanda məhkəmə qərarları ilə bəraət alan şəxslər təqsirləndirilənlərin cəmi 1 fazini təşkil edir. Dünyanın əksər inkişaf etmiş ölkələrində isə məhkəmələrin işə baxarkən, daha obyektiv və ədalətli qərarlar çıxardığını deyən F.Mustafa ABŞ-da bəraət alanların 50 faiz təşkil etdiyini misal göstərib. Deputat məhkəmə qərarlarının icra vəziyyəti ilə bağlı məsələyə də toxunub. Bildirib ki, bir çox məsələlərlə bağlı, məsələn, mülki işlərə dair məhkəmələr vətəndaşın xeyrinə qarar çıxarsalar da onlar icra olunmur.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?