Modern.az

“Rüstəm İbrahimbəyov lazımi anda Bakıya gələcək” - MESAJ

“Rüstəm İbrahimbəyov lazımi anda Bakıya gələcək” - MESAJ

Ölkə

27 Mart 2013, 12:34

“Rüstəm bəy heç nədən qorxmur, biz istəsək, o, günü bu gün qorxmadan-çəkinmədən Bakıya qayıdar”. Bu fikirləri Modern.az saytına açıqlamasında Rüstəm İbrahimbəyovun tərəfdarlarından olan kinossenarist Eldəniz Quliyev deyib. Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması ilə bağlı məsələyə aydınlıq gətirmək istədiyini vurğulayan E.Quliyev deyib ki, lazım olarsa, onu çağıracaqlar.

“Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması ilə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm. O, kənarda dayanıb “mən Bakıya nə zaman lazım olsa...” söyləyən insanlardan deyil. Çünki onun xarakteri, təbiəti elədir ki, bu adamda qorxu hissi yoxdur. Əgər məsələ seçkidən gedirsə, xalqın mənafeyindən gedirsə,  onda Bakıya dönüşlə bağlı qətiyyən qorxu hiss oluna bilməz. Hətta mən yüz faiz əminəm ki, o, öz xalqı üçün ölümə getməyə hazırdır.
Rüstəm İbrahimbov lazım olarsa, istənilən an Bakıya gələcək. Mən hesab edirəm ki, lazımdır. Biz Rüstəm bəylə danışdığımız anda o, Bakıya gələcək”-deyə E.Quliyev bildirib.

Qeyd edək ki, kinorejissor Rüstəm İbrahimbəyov bu ilin yanvar ayında Azərbaycanı tərk edərək dünya səfərinə çıxıb. Kinorejissorun Azərbaycana gələcəyi təqdirdə həbs olunbacağı haqda müxtəlif məlumatlar yayılıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı