Hazırda ölkədə fəaliyyət göstərən 1617 yerlik qocalar və əlillər üçün internat evlərində və pansionatlarda 1109 nəfər qoca və əlil yaşayır. Modern.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, “Ahıllara sosial xidmət haqqında” Qanuna müvafiq olaraq respublika üzrə 14694 nəfər tənha ahıl vətəndaşa və əlilə evlərində 1600 sosial xidmət işçisi sosial-məişət xidməti göstərir. Evlərində xidmətə götürülənlərdən 12568 nəfərin yaşı 70-dən yuxarı, 2126 nəfərin yaşı isə 70-dən aşağıdır. Onların 11782 nəfəri qadın, 2912 nəfəri isə kişidir, 9212 nəfər şəhər, rayon mərkəzi və qəsəbələrdə, 5482 nəfəri isə kənd yerlərində yaşayır.
Modern.az