Modern.az

Polisdə işləmək istəyən 79 nəfərdən 55-i imtahandan keçdi

Polisdə işləmək istəyən 79 nəfərdən 55-i imtahandan keçdi

Ölkə

13 Mart 2010, 16:31

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 13-də Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-dan Modern.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 79 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 67 nəfəri hüquq istiqaməti üzrə, 12 nəfəri isə pedaqogika istiqaməti üzrə sənəd verib.

İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunub. Hüquq istiqaməti üzrə 80 sual qanunvericilik, 20 sual məntiqi əhatə edib.

Pedaqogika istiqaməti üzrə imtahanda 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual yaş psixologiyası, 20 sual isə məntiqi əhatə edib.

Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar.

TQDK-dan bildirilib ki, bütün 79 namizədin hamısı imtahanda iştirak edib. Namizədlərdən 55 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.  İmtahanda ən yüksək nəticə 92 bal olub. Modern.az

 

Sizə yeni x var
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi