Modern.az

Şərab, ya da "şər suyu" barədə bir neçə kəlmə...

Şərab, ya da "şər suyu" barədə bir neçə kəlmə...

Ölkə

15 Mart 2010, 13:53

Ətrafa nəzər yetirdikdə nədənsə məhz xoşagəlməzliklər diqqəti cəlb edir. Bəzən düşünürəm, görəsən, bizi qane edə biləcək nə var, axı? Müasir dövrdə cəmiyyətin böyük problemlərindən biri şərabla-içki məsələsiylə bağlıdır desım, yanılmaram. Öncəliklə gəlin şərab sözünün parçalayaq: “şər” və “ab”, yəni “şər suyu”.

Ziyafətlərdə, toy və ad günlərində içki dolu qədəhlərin qaldırılıb səbəbkarların şərəfinə içilməsi, alqış və duaların edilməsi nə qədər düzgündür? Axı, bir süfrədə müqəddəs çörəklə şərab yanaşı qoyulursa, o süfrədə bərəkət olarmı və edilən alqışlar da qarğışa dönməzmi.... Bu fikri dərk edəndən sonra ziyafətlərdə kimlərinsə şəninə, hüsnünə deyilən o sağlıqlara əhəmiyyət vermirəm. Bu sağlıqlar mənim üçün deyildikdə isə bunu özümə bəddua hesab edirəm. Nəfəsi araq qoxanların sərxoş halda ağızlarına “Allah” kəlməsi almasın acı-acı gülümsəməkdən başqa nə etmək olar?

Bir sual həmişə beynimdə fırlanır, görəsən şərab içənlərin Kefli İskəndərlə (C.Məmmədquluzadənin “Ölülər”indəki İsgəndər) arasında nə dərəcədə səviyyə oxşarlığı var..? O vaxt Kefli İskəndər yalançı dini təbliğatların, cahillik və avamlığın qarşısını ala bilmədiyi üçün  içkiyə aludə oldu. Bəs indiki zəmanənin adamları özlərinə nəyi səbəb götürürlər? Məsələ burasındadır ki, o vaxt Kefli İskəndəri cəmiyyət özü məhv etmişdisə, indi içki içənlər cəmiyyəti məhv edirlər. İçki sayəsində baş verən bədbəxt hadisələr saymaqla bitməz: avtoqəzalar, bıçaqlaşmalar, boşanmalar və s. Bu siyahını artırmaq da olar. Lakin içki içənlər bunu dərk etmirlər ki, içkiylə nəinki öz ömürlərini azaldır, özlərini ətrafdakıların gözündən salır, hətta onlara psixoloji ziyan vururlar. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, içkidən sonra insanlarda xarakter dəyişkənliyi əmələ gəlir: bəziləri yatır, bəziləri qalmaqal və hadisə çıxarır, bəziləri isə mənasız əyləncələri ilə ətrafdakıları bezdirir. Araqlara da elə qəribə adlar seçiblər ki: “Xan”, “Vur getsin”, “Şeş-beş”... Sizcə, hər gecə saat 12-dən sonra telekanallarda "SAĞLAMLIĞINIZI DÜŞÜNƏRƏK" devizi ilə "Men" araqlarının reklam çarxlarından düşməməsi kütləni məhvə aparmırmı?

Şəhərdəki əksər mağazaları sorğuya çıxdım və belə qənaətə gəldim ki, ən çox satılan araqlar məhz dozası güclü olan rus araqlarıdır. Bütün müşahidələrimdən belə qərara gəldim ki, geriyə yalnız bir söz qalır: Axirətə gedən yolda Allah özü bizi islah etsin. Dürrə Həsənova BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi