Modern.az

Dünya Türkiyəni müharibəyə sürükləyir

Dünya Türkiyəni müharibəyə sürükləyir

Ölkə

15 Mart 2010, 17:36

Qondarma “erməni soyqırımı”nın dünyanın müxtəlif ölkələrinin parlamentdə təsdiq edilməsi məsələnin görünən tərəfidir. Aysberqin görünməyən tərəfində ermənilərin Türkiyəyə qarşı təzminat və ərazi iddiası məsələsi durur. Proseslərin sonunda bu uydurma məsələnin BMT-nin müzakirəsinə çıxarılacağı istisna edilmir.

 

Bu isə aparıcı dünya dövlətlərinin Türkiyədən ermənilərə ərazi almaq fikrində olması deməkdir. Ancaq türklərin ermənilərə torpaq verəcəyi də inanılmazdır. Bəzi müşahidəçilər bunu dünyanın Türkiyəni təxribata çəkməsi, müharibəyə sürükləməsi kimi dəyərləndirirlər.

 

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə hesab edir ki, hadisələrin gedişi dünyanın Türkiyənin müstəqilliyinə qarşı çıxması, onu çərçivəyə salmaq istəyində olduğunu göstərir: “Türkiyəni böyük və qoca Şərqin təmsilçiliyindən uzaqlaşdırmaq istəyirlər. Amma bu, ümumən dünya üçün xoşagəlməz nəticələrə gətirə bilər. Bəzi böyük dövlətlərin bu məsələnin ardınca getməsi II Dünya Müharibəsindən sonra dünyanı fəlakətə sürükləyən ən qorxulu məsələdir. Bu, öncə stabil dünya düzənin pozulması deməkdir. Türkiyəsiz stabil dünya, heç dünya mövcud ola bilməz”.

 

Deputat hesab edir ki, proses çox dərinə gedə bilərsə, dəyənəyin ikincı başı buna start verənlərə dəyəcək: “Düzdür, bu, Türkiyə üçün də arzuolunan deyil. Bəs, dünya dövlətləri, Avropa üçün necə ola bilər?

Onsuz da dünya maliyyə böhranından çıxa bilməyib”.

“Ola bilərmi ki, elə bu böhrandan çıxış yolu kimi belə bir məsələ düşünülüb?” sualına millət vəkili “müharibələrdən yalnız hərbi sənaye kompleksi udur. İri dövlətləri isə elə hərbi sənaye kompleksi idarə edir” cavabını verib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi