Modern.az

Zəlimxan Yaqub xəstəxanaya düşüb

Zəlimxan Yaqub xəstəxanaya düşüb

Ölkə

17 Mart 2010, 12:09

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub ilaxır çərşənbəsində özünü narahat hiss etdiyindən xəstəxanaya aparılıb.

Bu barədə Modern.az-a şairin yaxınları məlumat veriblər. Məlumata görə, hazırda müayinədə olan Z.Yaqub bu gün evə buraxılacaq. Yaxınlarının sözlərinə görə, şairi müayinə edən həkimlər onun vəziyyəti ilə bağlı çox da qorxulu bir halın olmadığını bildiriblər. Xatırladaq ki, ötən ilin oktyabrında Türkiyənin İstanbul şəhərindəki Türk-Amerika xəstəxanasının urologiya şöbəsində Zəlimxan Yaqubun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Baş tutan əməliyyat zamanı Z.Yaqubun bir böyrəyi çıxarılıb. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir