Modern.az

Qənimət Zahidin əfv olunacağı gözlənilir

Qənimət Zahidin əfv olunacağı gözlənilir

Ölkə

17 Mart 2010, 13:32

Prezidenti yanında Əfv Komissiyasının iclasları yekunlaşıb. Komissiya üzvləri daxil olan ərizələrin müzakirəsini başa çatdıraraq yekun siyahı hazırlayıblar. Hazırlanan siyahının dövlət başçısına təqdim olunması haqqında qərar qəbul edilib. Siyahıda neçə nəfərin adının olduğu hələlik açıqlanmır. Ölkə başçısının həmin siyahı əsasında yaxın günlərdə Novruz bayramı münasibəti ilə əfv fərmanı imzalayacağı gözlənilir. Adının çəkilməməsini istəyən mötəbər mənbənin Modern.az-a verdiyi məlumata görə, Prezidentə təqdim olunan əfv siyahısında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin də adı var. “Məndə olan məlumata görə, Əfv Komissiyasının iclasları zamanı qurum üzvlərindən heç biri Qənimət Zahidin adının siyahıya salınmasına etiraz etməyib. Çox güman ki, o, nəhayət bu dəfəki əfv fərmanına düşə biləcək”. Xatırladaq ki, Q.Zahid 2007-ci ilin noyabrında 4 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə yüngül xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir