Modern.az

Şənbə və bazar günləri keçirilən sınaq imtahanlarının nəticələri hələ bəlli deyil

Şənbə və bazar günləri keçirilən sınaq imtahanlarının nəticələri hələ bəlli deyil

Ölkə

17 Mart 2010, 15:49

Martın 13-14-də respublikanın 18 şəhər və rayonundakı ümumtəhsil məktəblərində əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada sınaq imtahanlarə keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-a məlumat verilib ki, Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında keçirilən sınaq imtahanlarının nəticələri hələ məlum deyil. Hazırda cavabların yoxlanma prosesi gedir. Nəticələr yaxın günlərdə Təhsil Nazirliyinin saytında yerləşdiriləcək.

Nazirlikdən onu da bildiblər ki, növbəti  sınaq imtahanları martın 27-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında keşiriləcək.

IX sinif şagirdləri ana dili və riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla 50 suala cavab verəcəklər.

 

XI sinif şagirdləri isə 8 fənn-Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və xarici dili üzrə 120 sualı cavablandıracaqlar.

IX siniflərdə  imtahanlar 1 saat 30 dəqiqə, XI siniflərdə  isə 3 saat davam edəcək.

Qeyd edək ki, yoxlama imtahanının nəticələri sinif jurnalına yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahanının nəticələri nəzərə alınmaqla çıxarılacaq.  

Təhminə Paşayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir