Modern.az

Erkən dazlaşma cana xeyirli imiş

 Erkən dazlaşma cana xeyirli imiş

Ölkə

17 Mart 2010, 20:08

Sən demə, erkən dazlaşma da xeyirli imiş. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, erkən keçəlləşmə xərçəngə tutulma şansını iki dəfə azaldır.  Vaşinqtondakı  University of Washington School of Medicine tibb mərkəzinin alimləri qeyd edirlər ki, erkən yaşlardan dazlaşan kişilərdə prostat xərçənginə tutulma riski saç örtüyünü qoruyub saxlamış kişilərlə müqayisədə 2 dəfə azdır.  The Daily Mail yazır ki, aparılmış tədqiqatlarda yaşı 40-47 olan 2 min kişi iştirak edib. Onların yarısı prostat xərçəngindən əziyyət çəkib. Təbqiqat obyekti olan kişilər 2 qrupa bölünüb; birinci qrupa artıq 30 yaşında ikən dazlaşmış kişilər aid olub. İkinci qrup kişilərdə isə erkən dazlaşma müşahidə olunmayıb. Bundan sonra alimlər bədxassəli şişlərin sayını müqayisə edərək belə bir nəticəyə gəliblər ki, birinci qrupa aid olanlarda şişlərin əmələ gəlməsinə kifayət qədər az rast gəlinir. 

 

Bir çox sorğular göstərir ki, kişilər keçəlləşməni özləri üçün ağır zərbə kimi qəbul edirlər. Onların 50 faizi hesab edir ki, saçlarını itirməklə onlar yaşlı və az cəlbedici görünürlər. Lakin Amerika alimlərinin yeni tədqiqatı bu problemdə müsbət tərəfi də göstərir. Saçları  itirmək prostat vəzi xərçənginin inkişafı ehtimalını  2 dəfə azaldır.    Qeyd edək ki, bir qədər əvvəl alimlər kişi keçəlləşmə genini aşkar ediblər, bu gen kişilərdə tüklərin itirilməsi ehtimalını 7 dəfə artırır və bu faktor kişi xətti ilə ötürülə bilər. Bu kəşf gələcəkdə tüklərin qorunub saxlanması üçün effektiv vasitə yaratmağa imkan verə bilər. Hələlik isə alimlər kişilərə profilaktik tədbirlər  tövsiyyə edir. Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir