Modern.az

Azərbaycan əhalisinin 95 faizinin dişlərində kariyes var

Azərbaycan əhalisinin 95 faizinin dişlərində kariyes var

Ölkə

21 Mart 2010, 19:18

Hər diş həkiminə etibar etmək olmaz

Ölkədə fəaliyyət göstərən tibb müəssisələri sırasında stomatoloji kabinetlərin sayı çoxluq təşkil etsə də, onların hamısının fəaliyyəti mövcud tələblərə cavab vermir.
Araşdırmalar göstərir ki, Səhiyyə Nazirliyindən lisenziya almadan da stomatoloji xidmət göstərənlər var. Dövlət sanitar-epidemioloji nəzarət xidməti orqanlarının rəyi olmadan fəaliyyət göstərən qanunsuz stomatoloji kabinetlərdəki xidmətin səviyyəsindən isə danışmağa dəyməz. Səhiyyə Nazirliyində deyirlər ki, diş kabinetlərindən bir çoxunun evlərdə fəaliyyət götərməsinə dair məlumatlar var. Aparılan monitorinqlər göstərir ki, bəzi hallarda qanunsuz fəaliyyət göstərən stomatoloq-həkimlərin özləri də qeyri-peşəkardır, onlar ağız boşluğu xəstəliklərini, diş ağrılarının əsl səbəbini düzgün ayırd edə bilmir, hazırladıqları diş protezləri uzun müddət davam gətirmir və s.

Diş xəstəlikləri artıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada ağız boşluğu xəstəliklərindən əziyyət çəkən insanların sayı durmadan artır. Elə Azərbaycanda da.
Tibb Universitetinin Ümumi stomatologiya kafedrasının bir müddət öncə mətbuata açıqladığı məlumat görə, hazırda Azərbaycanda əhalinin 95 faizinin dişində sərt toxumaların dağılması-kariyes var.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda ağız boşluğunun sanasiyası keçirilmiş şəxslərin əhalinin ümumi sayında xüsusi çəkisi ildə 9-10 faiz təşkil edir. Bu isə aşağı göstəricidir. Yəni əhali ağız boğluğunu-dişlərini vaxtlı-vaxtında həkimə göstərməyə meyilli deyil.
Stomatoloq Sarvan Məmmədovun sözlərinə görə, əsasən düzgün qidalanmamaq, uşaqlıqda ana südü qəbul etməmək, alkoqol və narkotik vastələrin qəbulu, qidaların keyfiyyətsizliyi, meyvə-tərəvəzin az yeyilməsi, dişlərə lazımi səviyyədə qulluq edilməmə kariyesin yaranmasına səbəb olan əsas amillərdi.

Digər stomatoloq Zəlimxan Məmmədli də deyir k, uşaq ana südüylə qidalanmalıdır ki, onun dişləri də böyüyəndə möhkəm olsun.
“Böyüklər üçün də qidalanma, hava, günəş faktoru, insanın psixoloji durumu, tarazlıq faktoru əsasdır. Bunlara əməl edən insanlarda sağlam ağız boşluğu görə bilərik.
Z.Məmmədlinin sözlərinə görə, insanların psixoloji depressiyalara daha çox məruz qalması və psixoloji mühit dişlərə ciddi təsir göstərir.

Düzgün və təbii qidalanmaq lazımdı

”Təbii qidalanmaq lazımdır.
Bunlar da əsasən göyərtilər, ağartı məhsulları, tər meyvələr, təmiz sudur. Hərçənd ki, Bakıda təmiz su yoxdur, ancaq hər halda çiy su içmək lazımdır. Təmiz bulaq suyunun tərkibində olan mikroelementlərin quruluşu qanın plazmasında olan mikroelementlərin quruluşuna uyğundur. Profilaktika budur ki, kariyesin əmələ gəlməsinin, dişlərin çürüməsinin vaxtını uzada bilərik. Bütün hallarda ömür getdikcə, bədəndə kalsiumun azalması, qocalma posesi gedir. Amma yaxşı və sağlam qocalmaq olar. O da daha çox insanların özündən və insanlara xidmət etməli olan səhiyyə sistemindən asılıdır. İnsanlarımızın ağız boşluğuna biganəliyini görürəm. Xəstələrin 90 faizində biganəlik sindromu var.
Z.Məmmədlinin sözlərinə görə, hazırda iltibah və kariyes əleyhinə olan diş pastaları, mexaniki təmizləyici pastalar var.
İltibah əleyhinə olan pastalardan iltibahı olan xəstələrin istifadə eləməsi məsləhətdir. Daha çox sağlam insanların mexaniki təmizləyici pastalardan istifadə eləməsini məsləhət görərdim. Əgər ağız boşluğunda lazım olan elementlər xaricdən daxil olmursa, o dişin üstünə nəyisə sürtməklə onun qarşısını almaq mümkün deyil. Orqanizmdə dişin möhkəmliyini, dişin mina qatının bərkliyini təmin edəcək komponentlər çatmırsa, üzdən nəsə sürtməklə onun qarşısını almaq olmaz. Əsas məsələ odur ki, insanın daxili orqanlarında, qanında, əzalarında dişin möhkəmliyini təmin edən hər şey olsun. Pastalar profilatik effekt yaradır. Yəni hər gün ərp olmasın. Amma “pastalar mənim dişimi sağlam edəcək” deyib arxayın olmaq yanlış yanaşmadır.

Adəm Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı