"Azərbaycan Hava Yolları" (“AZAL”) Aviaşirkətinin arzuolunmaz sərnişinlərinin sayı artıb. Modern.az AZAL-a istinadən xəbər verir ki, milli aviadaşıyıcının reyslərində uçuşların təhlükəsizliyinə təhlükə yaradan davranışa görə arzuolunmaz sərnişinlər bir daha “AZAL”ın xidmətindən istifadə edə bilməzlər. “AZAL” Aviaşirkətinin məlumatına görə, hazırda arzuolunmaz sərnişinlərinin siyahısında 52 nəfərin adı var. Bir müddən öncə arzuolunmaz sərnişinlərin sayı bundan az idi. Onlar müxtəlif səbəblərdən “qara siyahı”ya düşüblər. Belə ki, bu sərnişinlər hava gəmisində siqaret çəkdiklərinə, mobil telefondan istifadə etdiklərinə, uçuş təhlükəsizliyi qaydalarını pozduqlarına, sərxoş vəziyyətdə hava gəmisi bələdçilərini və baş təmsilçini təhqir etdiklərinə, xuliqanlığa, xarici ölkələrin hava limanlarlnda qeyri- normal davranışlarına görə onların «AZAL»ın uçuşlarından istifadəsi qadağan edilib. Adları ”qara siyahı”ya daxil edilən arzuolunmaz sərnişinlər arasında Azərbaycan vətəndaşları ilə yanaşı Rusiya, Hindistan, Türkiyə, İsrail, Ukrayna vətəndaşları da var. Modern.az