Modern.az

“Yay vaxtına keçid insanların səhhətinə ziyandır”

“Yay vaxtına keçid insanların səhhətinə ziyandır”

Ölkə

28 Mart 2010, 17:51

Alimlər hesab edir ki, yay vaxtına keçid insanların bioloji ritminə üyğun deyil və sağlamlığa ziyandır. Modern.az –ın araşdırmalarına görə, bir çox ölkələrdə artıq yay vaxtına keçidin zərərli  təsirləri  barədə danışmağa başlayıblar. Alimlər qış vaxtından yay vaxtına keçid təcrübəsinə son qoyulmasını tələb edirlər. Bu səhərki yay vaxtına keçidə heç də bütün ölkələr eyni dərəcədə hazır olmayıb.

 

Almaniyada “Fors” ictimai rəyi öyrənmə mərkəzi tərəfindən aparılmış araşdırmalar göstərib ki, ölkə əhalisinin 50 faizi saat əqrəblərinin bir saat irəli çəkilməsi ilə onlarda yuxu pozğunluqlarının yarandığını bildiriblər.  Respondentlərin çoxu deyir ki, əvvəlki normal həyat ritminə qayıtmaq üçün onlara bir neçə gün tələb olunur.

 

Yüxu problemləri ilə  məşğul olan alimlərin əksəriyyəti  yay vaxtına keçid ənənəsini  tənqid edirlər.  “Mən hesab edirəm ki, bu təcrübə nəiniki gərəksiz, həm də ziyanlıdır”,-deyə Almaniyadan olan psixoloq alim Yuprqen Tsulley  bildirib. Digər  alman ailmi Til Renneberq yay vaxtına keçidi insanın bioritminə ifrat müdaxilə adlandırıb. 

Məlum olub ki, yay vaxtına keçidlə əlaqədar infarktların sayı artır. Yuxusuzluq ciddi problem kimi üzə çıxır. Son araşdırmalar göstərib ki, yay vaxtına keçid səhhətə təkcə, məsələn, narahat yuxu kimi qısamüddətli mənfi təsir etmir. Qış vaxtına keçidə qədər qarşıdan gələn 7 ay arzində insanların sağlamlığında ciddi problemlər müşahidə olunur. Nəticədə insanlarda xroniki yuxusuzluq baş qaldıra bilər.  Bundan əlavə, həkimlər xəbərdarlıq edir ki, yay vaxtına keçid infaktların sayının artmasına yol aça bilər.

 

Buna görə də bir çox alimlər israrlı surətdə yay vaxtına keçidin ləğv olunmasını tələb edirlər. “Bu keçidə biz əsil mənada heç vaxt alışa bilməyəcəyik”,-deyə alman alimi Renneberq bildirir.  Avstriyadan olan psixoloq Briqit Heql hesab edir ki, yay vaxtına keçidin saxlanmasının heç bir inandırıcı səbəbləri yoxdur. Almaniyadan olan alim Tsuller hesab edir ki, qış vaxtından yay vaxtına keçidin ləğv olunması bizim  bioritmimizə daha yaxşı uyğun olacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir