Modern.az

HİV mütəxəssisləri Bakıya gələcək

HİV mütəxəssisləri Bakıya gələcək

Ölkə

29 Mart 2010, 12:11

HIV-lə mübarizə üzrə orta Asiya və Azərbaycan parlamentlərarası işçi qrupunun 5-ci konfransı bu ilin iyun ayının 1-2 də Bakıda keçirilməsi nəzərdə tutulur. Bu barədə Modern.az-a məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, konfransda 30-a qədər beynəlxalq təşkilatın nümayəndələri dəvət olunub: “Həmçinin 5 Orta Asiya ölkəsinin parlamentinin hər birindən 2-3 deputatın iştirakı gözlənilir. Konfransda HİV-lə mübarizədə zərərin azaldılmasının proqramının effektivliyi, bu sahədə dünya təcrübəsi öyrəniləcək”.

M.Quliyev onu da bildirib ki, konfransda Azərbaycanda qəbul ediləcək “HİV infeksiyasının qarşısının alınması” haqqında qanun MDB məkanına model qanun kimi tövsiyə ediləcəyi gözlənilir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!