Modern.az

Heydər Əliyev Fondu Quba məzarlığı üçün “Soyqırımı memorial kompleksi”n layihəsini hazırlayıb

Heydər Əliyev Fondu Quba məzarlığı üçün “Soyqırımı memorial kompleksi”n layihəsini hazırlayıb

Ölkə

31 Mart 2010, 14:44

Prezident İlham Əliyevin ötən il dekabrın 30-da imzaladığı sərəncama əsasən, Quba şəhərində aşkar olunan kütləvi məzarlıqda “Soyqırımı memorial kompleksi” yaradılmalıdır. Abidə komleksinin tikintisinə hazırlıq işləri görülür. Bununla bağlı Modern.az-a məlumat verən Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov bildirib ki, abidə kompleksinin layihəsi başa çatıb. İcra başçısının sözlərinə görə, Heydər Əliyev Fondu tərəfindən hazırlanan layihə əsasında çox mükəmməl bir memorial komleksin inşası mümkün olacaq: “Hava şəraiti düzələn kimi abidə kompleksinin təməli qoyulacaq. Məzarlıq Qudyalçaya yaxın olduğindan bura sürüşmə zonasıdır. Ona görə də hazırda çayın məcrası dəyişdirilir. Əraziyə yaşın şəxsi mülklərin kompensasiyası hələ odənilməyib. Onların sahiblərilə danışıqlar gedir. Başqa yer ayrılıb, kompensasiya məsələsinə baxılır. Yəqin ki, bu məsələlər may ayınadək həllimi tapacaq. Quba rayonunun prokuroru Nazim Hacıyev isə bildirib ki,  respublikanın baş prokurorunun göstərişi əsasında Quba soyqırımı zamanı ölən şəxslərin siyahıyaalınması işi həyata keçirilir. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir