Aprelin 1-də “Trend”in konfrans zalında Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi mətbuat konfransı keçirib. DAK sədri Sabir Rustəmxanlı bildirib ki, 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin azəri türklərinə qarşı həyata keçirdiyi soyqırım aktlarını dünya ictimayətinə çatdırmaq məqsədilə aprelin 9-da İsveşin paytaxtı Stokholmda DAK və “Odlar Yurdu”dərnəyinin birgə tədbiri keçiriləcək. S.Rüstəmxanlı deyib ki, bu gun ciddi problemlərdən biri də Güney Azərbaycanın quzey-qərbində və Xəzər dənizinin güneyində yerləşən Urmiya gölünün qurumaq təhlukəsidir. Güney Azərbaycanın ən böyük gölü olan Urmiya gölü dünyanın ikinci düzlu gölü kimi YUNESKO-da təbii xəzinə kimi tanınır. “Ancaq Güney Azərbaycanın təbii tarazlığını qoruyan Urmiya gölü son illərdə fars şovinist rejiminin apardığı məqsədyönlü siyasət nəticəsində qurumaq təhlükəsilə uzləşir. Belə ki, əkinə yararlı torpaqların suvarılması üçün gölə axan təbii çayların istiqamətinin dəyişdirilməsi, çaylar üzərində xeyli sayda su bəndlərinin tikilməsi, gölün üzərində Təbrizlə Urmiyanı birləşdirən körpünün çəkilməsi nəticəsində orada suyun səviyyəsi 7 metr aşağı düşüb. Bu göstərici isə kritik normadan 2 metr aşağıdır. Eyni zamanda Urmiya gölünün 150 hektar sahəsi artıq düz səhrasına çevrilib. Hətta mütəxəsislər də ciddi tədbirlər görülməyəcəyi təqdirdə gölün 6-7 il ərzində yer üzündən silinəcəyi barədə xəbərdarlıq edirlər”.
DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə bildirib ki, aprelin 2-də Güney Azərbaycan Milli Hərəkatının fəalları və “Traktor” futbol komandasının yüz minlərlə azərkeşi simvolik olaraq bir bardaq su ilə Urmiya körpüsünündə toplaşacaq və hər kəs gətirdiyi suyu gölə tökməklə fars şovinist rejiminə etirazlarını bildirəcək.
Tədbirdə bildirlib ki, DAK rəhbərliyi aprelin 18-də Kanadaya səfər edəcək. Orada Kanada parlamentində müxtəlif görüşlər keçiriləcək. Daha sonra DAK rəhbərliyi ABŞ-a yollanaraq Los-Anceles şəhərində azərbaycanlılarla bağlı keçiriləcək konfransda iştrak edəcək. Bunun ardınca Nyu-York şəhərinə Azərbaycan, Türkiyə və digər türk diaspor təşkilatlarında görüşlər keçiriləcək. Həmin görüşlərdə əsas məqsəd fars şovinist rejimi tərəfindən İranda öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın Güney azərbaycanlıların ana dilində təhsil almaq huququndan məhrum edilməsi, onların təqib və təziqlərə məruz qalması məsələləri əsas müzakirə mövzsu olacaq.