Modern.az

Azərbaycanlı jurnalistlər AŞ PA prezidentilə görüşüblər

Azərbaycanlı jurnalistlər AŞ PA prezidentilə görüşüblər

Ölkə

1 Aprel 2010, 19:48

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və sədr müavini Xətayi Əzizov Ankarada Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu ilə görüşüblər.  E.Eyvazlı Modern.az-a bir saat sürən görüş barədə bunları deyib: “AŞ PA prezidenti bizimlə bir saat ərzində səmimi söhbət etdi. O, Ankara və Alanyada keçirdiyimiz “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar fotolarda” adlı fotosərginin zəruri olduğunu qeyd etdi. Bundan başqa, Azərbaycan mətbuatının son durumu da müzakirə mövzusu oldu. Çavuşoğlu müstəqil mətbuatın inkişafının hər bir ölkə üçün əhəmiyyətli olduğunu vurğuladı”.

 

 

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir