Modern.az

Tağı Əhmədov metroda qiymətin yenə dəyişməsini istəyir

Tağı Əhmədov metroda qiymətin yenə dəyişməsini istəyir

Ölkə

2 Aprel 2010, 13:43

Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirən Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov bildirb ki, aprelin 10-dək Bakı Metropolitenində bir sərnişinin gedişinin maya dəyərinin hesablanması aparılacaq və alınan göstəricilər Tarif Şurasına təqdim olunacaq. O, deyib ki, metroda gedişhaqqının müəyyən edilməsi hüququ Tarif Şurasına məxsusdur və onun istənilən qərarı yerinə yetiriləcək: "Əvvəllər aparılan hesablamalara görə, metroda bir sərnişinin gedişinin maya dəyəri 0,49 manat təşkil edir. Lakin aprelin 10-dək yenidən hesablamalar aparılacaq və onlar Tarif Şurasına təqdim olunacaq". 

Tağı Əhmədov Bakı Metropolitenində daha bir neçə stansiyanın adının dəyişdiriləcəyini söyləyib. Bunlar “Məşədi Əzizbəyov”, “İnşaatçılar” və “Ulduz” stansiyaları olacaq. Modern.az

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir