Modern.az

“Sahil” bağı, Prezidentin portreti 150 manata...

 “Sahil” bağı, Prezidentin portreti 150 manata...

Ölkə

3 Aprel 2010, 19:13

Bu gün Səbail rayonu ərazisindəki “Sahil” bağında açıq havada əlil və kimsəsizlərin əl işlərindən ibarət sərgi keçirilib. Saat 12.00-da başlayan sərgi axşam saatlarınadək davam edib. Sərgi barədə Modern.az-a bilgi verən təşkilatçılardan biri- Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Sife” komandasının kapitanı Sənan Əhmədov deyib ki, tədbirə Bakıdakı müxtəlif internatlarda və evlərdə yaşayan yaradıcı əlil və kimsəsiz uşaqlar qatılıb: “Biz Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qızıl Əllər” Sənətkar Sərgi-Satış Yarmarkası təşkil etmişik. 3-cü dəfədir ki, bizim qurum tərəfindən belə sərgi təşkil olunur. Satışdan əldə olunan gəlirlər də iştirakçı əlillərin özlərinə çatacaq. Əsas məqsədimiz əlil uşaqların istedadını üzə çıxarmaqdır. Biz şərait yaradırıq ki, onlar burada öz əl işlərini sata bilsinlər”. Qeyd edək ki, tədbirə 25 nəfər əllil və kimsəziq qatılıb.

Sərgi-satış yarmarkasında iştirak edən həvəskar rok qrupu öz ifaları ilə əlilləri dəstəkləyib. Yarmarkaya baxan şəhər sakinləri əlillərin əl işlərinə, çəkdikləri rəsmlərə baxır, xoşlarına gələni münasib qiymətə alırdılar.

Biz də əlil və kimsəsiz uşaqların çəkdiyi əl işləri və onların qiymətləri ilə də maraqlandıq.

Sərginin iştirakçısı 17 yaşlı Təhminə Həsənova həm əlil, həm də kimsəsiz olduğunu dedi. Qohumlarının birinin evinə sığınan Təhminənin əl işləri göz oxşayırdı. O sərgidə cürbəcür bijuteriya nümayiş etdirirdi ki, onların da qiyməti 1 manatdan 40 manatadək idi.

23 yaşlı Ayselin əl işlərini isə anası satışa çıxarmışdı. Anası Elmira xanım dedir ki, qızı utandığı üçün sərgiyə özü gəlməyib: “Səhərdən burdayam heç kim almayıb. Qiymətləri də münasib qoymuşam. Axı o, buna çox vaxt sərf edib. 30-50 manata satıram çəkdiyi əl işlərini”. Digər iştirakçı Züleyxa da narazı idi: “Çəkdiyim elə rəsm var ki ona uzun müddət vaxt sərf etmişəm. Ancaq həmin rəsmi 50 manata satıram”.

Fəridə Rəcəbova adlı sərgi iştirakçısı dedi ki, rəsmlər üzərində böyük əziyyət çəksə də, o da məcbur olub ucuz qiymətə satır. Sərgidəki əl işlərinin qiymətləri 1 manatdan 150  manatadək idi.

 

35 yaşlı 2-ci qrup əlil Turac satışdına razı idi: “Mən bu gün 6 əl işimi satmışam. Bir neçə də sifariş qəbul etmişəm.

Sərgidə ən bahalı əl işi isə 2-ci qrup əlil Səbirənin çəkdiyi Prezident İlham Əliyevin potreti idi: “Onu uzun müddətə çəkmişəm. Qiyməti 150 manatdır”.

 

 

 

 

Günay MUSAYEVA

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir