Modern.az

Doğum evlərinin işi ilə əlaqədar kollegiya iclası keçirilib

Doğum evlərinin işi ilə əlaqədar kollegiya iclası keçirilib

Ölkə

5 Aprel 2010, 10:00

Səhiyyə Nazirliyi Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda hamilə, doğan və zahılara, ixtisaslaşdırılmış yardımın təkmilləşdirilməsi məsələlərinə həsr edilmiş geniş kollegiya iclası keçirilib.

Modern.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasın təşkilində əsas məqsəd son kvartal ərzində doğuşa yardım işinin təşkili məsələlərini, görülmüş işlər habelə olan nöqsanları üzə çıxarmaq və aradan qaldırılması üçün görüləcək məsələləri müzakirə etmək olub.
İclasda səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib. Toplantıda Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Soltan Əliyev deyib ki, son illər keçirilən tədbirlər nəticəsində doğuşa yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı və cihazlarla təchizatı, dərman preparatlarının yaxşılaşdırılması nəticəsində ölkədə doğuşa yardım işinin təşkili yaxşılaşdırılsa da, bəzi nöqsanlar hələ qalır.
S.Əliyev istər hamiləlikdən qabaq, istər hamiləlik vaxtı, yaxud da doğuş zamanı baş vermiş bir çox məsələlər haqda və gələcəkdə xoşagəlməz halların təkrarlanmaması üçün görülən işlər haqda kollegiya iştirakçılarına məlumat verib.

İclasın sonunda nazir Oqtay Şirəliyev doğuşa yardım işinin yüksək səviyyədə təşkili, tibb müəssisələrində sanitar gigiyenik qaydalara ciddi riayət olunması və bir sıra bu kimi məsələlərə dair öz tapşırıqlarını verib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir