İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı növbəti monitorinqlər zamanı Bakının Sabunçu rayonu, Ə.Bağırov küçəsi, 11 ünvanında fəaliyyət göstərən “Ulduz-T.E.F” MMC-nin istehsal etdiyi “Krakovskaya”, “Oxotniçiye kolbaski”, “Lyubitelskaya”, “Servelat” və “Moskovskaya” adlı kolbasaların üzərindəki etiketlərdə yararlılıq müddətinin normativ-texniki sənədlərdə nəzərdə tutulmuş müddətdən artıq göstərildiyi, “Doktorskaya”, “Halal” və “Toyuq” əla növ kolbasalarının istehsalı üçün, habelə kolbasaların bükülməsində istifadə olunan materialların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı aşkar edilib.