Modern.az

İldə 2500 xəstə dövlətdən xaricdə müalicə üçün kömək istəyir

İldə 2500 xəstə dövlətdən xaricdə müalicə üçün kömək istəyir

Ölkə

6 Aprel 2010, 10:09

Azərbaycanda bir sıra hallarda müalicəsi mümkün olmayan xəstələr dövlət hesabına xaricə göndərilirlər. Hansı hallarda xəstəni müalicə üçün xaricə göndərirlər, bu imkandan kimlər yararlana bilir? Modern.az bu və digər suallarla  Səhiyyə Nazirliyindəki «Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya»nın sədri Nəsib Quliyevə müraciət edib.

  Müsahibimiz öncə onu bildirib ki, sözügedən komisiya 2005-ci ildə təşkil olunub. Nazir Oqtay Şirəliyevin müvafiq əmri əsasında yaradılan komissiyanın məqsədi ölkə daxilində müalicəsi mümkün olmayan insanların xaricdə sağalmasını təşkil etməkdir. Komisiyaya Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri daxildir.

Nəsib Quliyevin sözlərinə görə, hər il onlara hesabla 2200-2500 xəstə xaricdə müalicə üçün müraciət edir. “Komisiyanın əsasnaməsində göstərildiyi kimi, əgər konkret bir xəstəliyin müalicəsi obyektiv səbəblərə görə ölkə daxilində mövcud deyilsə, ölkədən kənarda, yəni bizim əlaqədə olan dövlətlərdə bu xəstəliyin ümumi qəbul olunmuş müalicəsi mövcuddursa, biz həmin şəxsləri xaricə göndəririk. Komisiyaya daxil olan bütün ərizələrə baxılır və onlara müvafiq cavab verilir”. N.Quliyev deyib ki, təkcə 2009-cu ildə komisiyaya 1291 xəstə  müraciət edib. Onlardan təxminən 120-nə müsbət cavab verilib və həmin xəstələr ölkə xaricində- Türkiyə, Rusiya, İran, Ukraynada dövlət hesabına müalicə oluna biliblər. Bununla yanaşı, N.Quliyev ğtən il 70 nəfərədək əlilin də  Ukraynanın Saki şəhərindəki Əlillərin Bərpa Mərkəzinə göndərildiyini deyib. Müsahibimizin sğzlərinə görə, komissiya daxil olan müraciətlərə baxan zaman məlum olur ki, ərizə verən xəstələrin çoxunun  ölkədənkənar müalicəyə göndərilməsinə ehtiyac yoxdur: “Bəzi xəstələr təkidlə xaricdə müalicə olunmaq istəyirlər. Amma biz həmin xəstələrin ölkə daxilində hansı profildə, harada müalicə olunmağının mümkünlüyü nəzərə alaraq bu barədə qərar çıxarırıq”.

Nəsib Quliyev deyib ki, əvvəlki illərə nisbətdə indi müraciət edənlərin sayında bir qədər azalma müşahidə olunur.

“Bu onunla əlaqəlidir ki, respublikada yeni müalicə üsulları tətbiq olunduqca, bir çox xəstələr artıq xaricə göndərilmir. Onlar Azərbaycanın özündə dövlət hesabına müalicə olunurlar. Məsələn, ürək əməliyyatı ilə bağlı əvvəllər çoxlu xəstələr xaricə göndərilirdi, indi onlar demək olar ki, göndərilmir. Çünki, respublikamızda həm özəl, həm də dövlət kilinikalarında ürək əməliyyatı aparılır”.

N.Quliyevin sözlərinə görə, yaxın zamanlarda uşaqların da Kardiocərahiyyə Mərkəzi fəaliyyətə başlayacaq ki, onda ürək xəstəliklərinə görə heç bir uşağın ölkədən kənara göndərilməsinə ehtiyac qalmayacaq. Bir müddət öncə respublikada Böyrəkköçürmə Mərkəzinin fəaliyyətə başladığını deyən komissiya sədri bildirb ki, orada da əvəllər xaricə göndərilən xəstələrə böyrək köçürülmə əməliyyatları aparıla bilir.

N.Quliyevin səzlərinə görə, bəzən rəhbərlik etdiyi komissiyaya elə xəstələr müraciət edir ki, onlar daxili orqanlarının köçürülməsi kimi əməliyyatlara kömək edilməsini istəyirlər: “Amma belə əməliyyatlarla bağlı müraciətlərə baxılması bizim komisiyanın müzakirə obyekti deyil”. Təhminə Paşayeva

 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir