Bu gün Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsində “Elektron təhsil” Ümumrespublika müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.
Təhsil Sistemininin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bilidirib ki, artıq bügündən “Elektron təhsil” Ümumrespublika müsabiqəsinə start verilir: “2010-cu il Təhsil Nazirliyi tərəfindən Təhsil də İKT ili elan olunub. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisiteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində təşkil olunub. Xüsusən də bu proqramın müəllimlərin motivasiyasına aid olan bəndinə daha uyğundur. Bu ilk proqramdır ki, burada müəllimlərin motivasiya sistemi də nəzərdə tutulub. Bu motivasiyanın da bir hissəsi də bu cür müsabiqələrin keçirilməsidir”.
Samir Məmmədov qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarıdan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaqdır.
Müsabiqə “Mircrosoft Azərbaycan”, “İntel” korporasiyasının Gələcək üçün təhsil proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.Müsabiqənin rəsmi saytı da yaradılıb. Müsabiqə iki istiqamətdə “Təhsildə İnternet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunub.
Samir Məmmədov onu da əlavə edib ki, müsabiqədə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq. Müsabiqədə iştirak üçün sənədlərin qəbulu mayın 21-dək davam edəcək.
Sonda müsabiqənin rəsmi internet səhifəsinin(www.musabiqe.edu.az)təqdimatı olub. Təhminə Paşayeva