Modern.az

Bu ilin üç ayında 42059 vətəndaşa fərdi şəxsi hesab açılıb

Bu ilin üç ayında 42059 vətəndaşa fərdi şəxsi hesab açılıb

Ölkə

7 Aprel 2010, 11:59

“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsini genişləndirmək məqsədilə tədbirlər davam etdirilməkdədir. Belə ki, cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 42059 sığortaolunana fərdi şəxsi hesab açılıb. Məlumatı Modern.az-a Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan veriblər. 01.04.2010-cu il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 milyon 681 min 988 nəfərə catıb. DSMF-nin fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 926 188 nəfəri  kişi, 755 800 nəfəri isə qadındır.  Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 447 172 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 367471  nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 377406 nəfər,  50-60 yaşa kimi sığortaolunanlar 343340  nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 146599 nəfər təşkil edir.

Xatırladaq ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. Modern.az

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir