Aprelin 12-də “The landmark” otelində uşaq və yeniyetmələrin elmi texniki yaradıcılıq musabiqəsinin yekun sərgisi keçirilib.
Sərgidə iştirak edən təhsil naziri Misir Mərdanov jurnalistlərin sualına cavab verərəkən məktəblərin mühafizəsi məsələsindən danışıb. “Bilirsiniz ki Azərbaycanda 7 mindən çox təhsil, təlim-tərbiyə muəssisəsi var. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qorunmasını təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilərlər və edirlər. Bu o demək deyil ki, təhsil muəssisələri qorunmur. Onlar muxtəlif variantlarda qorunur. Mən belə düşünürəm ki, mühafizəni hamı təşkil eləməlidir və başımıza gələn hadisələrdən nəticə çıxarmaq lazımdır. Azərbaycan ən çox mühafizə olunan ölkələr sırasındadır. Bizim cəmiyyətimizdə siyasi stabillik mövcüddür, o cümlədən də təhsil müəssisələrində”.
Mail Ağaxanov