Modern.az

Azərbaycan cəmiyyəti aqressivləşir

Azərbaycan cəmiyyəti aqressivləşir

Ölkə

13 Aprel 2010, 10:23

Cəmiyyətimizdə aqressiya çoxalıb, insanlar işdə, evdə, ailədə əksər hallarda gərgin, emossional, əsəbi durumda olurlar. Bu cür vəziyyətin yaranmasına səbəb nədir? Psixoanalitik Elmir Əkbərlə bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.

Aqressiya nədən qaynaqlanır?

Elmir Əkbər cəmiyyətimizdə həqiqətən aqressiyanın artdığı qənaəindədir. O, bunu bir neçə ümumi və şəxsi səbəblərlə bağlayır: “Bu səbəblərin kökündə cəmiyyəti təşkil edən fərdlərin müəyyən tələbatları durur. Bura elementar qidalanmadan tutmuş, cinsi tələbat, eyni zamanda bir sıra psixoloji tələbatlar daxildir. Bu tələbatların hamısı müəyyən dərəcədə ödənilməlidir. Bunların hansısa ödənilməyəndə onun yerini digər bir səbəb doldurur. Ancaq o yer tutma bir az yalançı olur.Yəni nəticədə insanda reallaşmayan emosiya qayıdır təftəl şüura və orada bir kompleksə çevrilir. O da aqressiya şəkilində özünü büruzə verir.

Həmçinin qidalandığımız qidalar da insanlarda depressiya, aqressiya yaradır. Xaricdən tərkibi bizə məlum olmayan məhsullar gətirilir. Bu da müəyyən dərəcədə insan orqanizminə mənfi təsir göstərir”.

Boşanmalara səbəb aqressiyadır

Psixoanalitik Elmir Əkbər deyir ki, cəmiyyətimizdə faktiki çatışmazlıqlar çoxdur. Çatışmayan cəhətlərdən hər biri  insanlarda aqresiya yardır: “Bu gün insanların ailədə münasibətləri çox gərgindir. İstər ər-arvad, istərsə də ailənin digər üzvləri arasında olsun. İnsanlar arasında qeyri səmimilik son nəticədə onların bir-birlərinə qarşı aqressiyasına gətirib çıxarır. Bizdə ailələr təəssüf ki, çox hallarda başqa məqsədlərlə qurulur. Bir çox adamda ailə haqqında anlayışlar çox kasad olur. Bu da sonralar müəyyən problemlərə gətirib çıxarır. Bu gün Azərbaycanda boşanmaların birinci səbəbi intim münasibətləridir. Qadın-kişi münasibətləri düzgün qurulmur. Ona görə də qadınlar daim aqressiya içində olur. Ailədə aqressiyaya səbəb olacaq ikinci amil kənar müdaxilələrdir. Mən başqa millətlərdən olan psixoterapevt dostlarımla görüşəndə müəyyən ailə problemlərini müzakirə edirəm. Deyəndə ki, mənzildə gənc ailənin yanında ata, ana, digər şəxslər də qalır, onlar bunu çox təəccüblə qarşılayırlar. Deyirlər ki, “nə danışırsız, yeni qurulmuş ailənin yanında üçüncü bir adam ola bilərmi?! Bəs siz müsəlmansız, bəs ismət, namus hara getdi”. İndi ailə konfiliktlərinin çoxu bununla bağlıdır. Valideynlər əvvəllər ailəni qorumağa çalışırdı, ancaq indi belə deyil. Valideynlərin özləri aqressiya yaradırlar. Sanki cavanlıqlarının qisasını alırlar”.  

Bundan necə qurtulmaq olar?

Müsahibimizin sözlərinə görə, aqressiyanın biruzə verilməsi də hamıda eyni olmur. Burada insanın dünyagörüşü, intellekti mühüm rol oynayır: “Məsələn, elə bir məqam var ki, həmişə bunu demək istəmirəm. Cəmiyyətimizdə belə neqativ hallar mövcuddur. Soruşanda ki, müəllimlər niyə aqressivdir? Deyirlər ki, maaşları aşağı olduğundan belədirlər. Hətta, müəllim uşağa hirslənəndə deyir ki, “nə qədər maaş alıram ki, sizə görə də əsəblərimi korlayım”. Müqayisə edək: rus müəlliməsi də eyni maaş alır. Ancaq o uşaqların nazı ilə oynayır. Deməli hansısa səbəblər bizi belə davranmağa vadar edə bilər. İnsanlarda bir az da eqoizm çoxdur. Heç kim təmkin göstərmək istəmir, emosiyalara qapılır. Xaricdə isə fərqlidir. Xaricdə  insanlar emosiyallarını daxildə saxlamırlar. İdmana gedir, incəsənətlə məşğul olur, oxuyurlar. Bu yollarla emosiyalarını çıxarırlar. Bunun üçün bir az kreativlik tələb edilir. Ancaq biz bunları istəmirik. Bizim üçün ən asan yol işdə, ailədə özümüzdən asılı şəxslərə aqressiyamızı verməkdir. Bizə hər hansı bir səlahiyyət veriləndə, özümüzü  tam mənalı diktator kimi təsəvvür edirik. Bu işdə, ailədə də belədir. Düşünürəm ki, bunu kökündə tarixi psixoloji məqamlar durur”. Təhminə Paşayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı