Modern.az

Azərbaycanda ana və uşaq ölümünün səbəbləri

Azərbaycanda ana və uşaq ölümünün səbəbləri

Ölkə

15 Aprel 2010, 13:52

 

Aprelin 15-də Azərbaycan Media Mərkəzində “Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində mövcud durum və problemlər” mövzusundə mətbuat konfransı keçirilib. Tədbirin təşkilatçısı “İqtisadi Təşəbbuslərə Yardım” İctimai Birliyinin sədri Azər Mehtiyev bildirib ki, bu il BMT-nin Minilliyin İnkşaf Məqsədləri (MİM) bəyannaməsinin qəbul edilməsinin 10 ili tamam olur. MİM-in hədəfləri sırasında 2015-ci ilədək 5 yaşadək  uşaqlar arasında ölum hallarının 2/3 dəfə, ana ölumu əmsalının isə ¾ dəfə azaldılması muhum yer tutur. A.Mehtiyev deyib ki, Prezidentin 2008-ci il 15 sentyabr tarixli 3043 saylı sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkşaf Dövlət Proqramı”nda  2015-ci ilin sonunadək 1 yaşınadək uşaqlar arasında ölum hallarının səviyyəsinə görə Avropa ölkələri üzrə orta göstəriciyə nail olmaq hədəfi qoyulub. Ana və uşaqlar arasında xəstələnmə və ölüm hallarının azaldılması üçün adı çəkilən proqramın reallaşdırılmasına   dövlət büdcəsindən 2007-2009-cu illər ərzində 15,2 milyon manat ayrılıb.

A.Mehtiyev bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə ana ölümü əmsalı (hər 100 min nəfər diri doğulan hesab ilə) 2000-ci ildə  37,6, 2003-cu ildə 18,5, 2007-ci ildə 35,5 və 2009-cu ildəisə 24,3 olub. 1 yaşadək  uşaq ölumu əmsalı (hər 1000 nəfər doğulan hesabı ilə) 2000-ci ildə 16,4,  2002-ci ildə 16,7, 2005-ci ildə 12,7 və 2009-ildə isə 11,4 olub .

A.Mehtiyevin sözlərinə görə, UNİCEF-in son açıqlamasında Azərbaycanda 1 yaşadək körpələr arasında ölüm səviyyəsi (hər 1000 diri doğulmuş uşağa) 2007-ci ildə 34 nəfər təşkil edib. Gürcüstanda bu göstərici 27, Ermənistanda isə 22 olub.

A.Mehtiyev ana və uşaq ölümü hallarına gətirib çıxaran səbəblərə diqqət yönəldib. O, bildirib ki, 2000-ci ildə hamiləliyi  başa çatan qadınların 17,6%-də anemiya qeydə alınmışdısa, 2008-ci ildə bu göstərici 20,3 faiz təşkil edib. 

Birlik sədri deyib ki, tibbi xidmətlər səviyyəsinin yetərincə olmaması, həkim məsuliyyətsizliyi və savadsızlığı, qadınların vaxtında qadın məsləhətxanalarına müraciət etməməsi, keyfiyyətli  tibbi xidmətin yerində və vaxtında göstərilməməsi, doğuşun ev şəraitində keçirilməsi, ekologiya və ətraf muhitin  vəziyyəti, insanların məlumatsızlığı və digər amillər ana və uşaq ölümünün artmasına şərait yaradır. Hətta erkən nigahların çoxalması, gender bərabərliyində müşahidə edilən  geriləmələr də ana və uşaq ölümünün səviyyəsinə təsir göstərir. Mail Ağaxanov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı