Modern.az

Uzunömürlülüyün formulu

Uzunömürlülüyün formulu

Ölkə

15 Aprel 2010, 14:08

Can sağlığı hər bir insan üçün ən önəmli məsələdir. Bəzi insanlar yaşlanmaqdan çox qorxurlar. Alimlər belə hesab edirlər ki, yaş çoxalsa da, sağlam və ruhun gənc qalmasını saxlamaq mümkündür. Amerika alimlərinin araşdırmalarına görə, lift əvəzinə pilləkənlərdən istifadə etmək, gün ərzində qəbul edilən suyun miqdarını artırmaq kimi önəmsiz görünən vərdişlər insan sağlamlığında önəmli rol oynayır. Mütəxəssislərin 45 - 78 yaş arasında 25 min insan üzərində apardığı araşdırma «uzunömürlülüyün formulu»nu bəsitləşdirib. Araşdırmaya görə, siqaret çəkməyi buraxmaq 5, davamlı olaraq idmanla məşğul olmaq 3, gün ərzində 5 dəfə meyvə-tərəvəz yemək isə insan həyatını 3 il uzadır. Mütəxəssislər belə bir uğur qazanmaq üçün o qədər də çox əmək sərf etməyə ehtiyac qalmadığını bildirirlər. Gündəlik yemək rasionuna bir alma və ya bir armud əlavə edilməsi isə insan həyatını düz 2 il uzadır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı