Azərbaycanda məhkumlarla bağlı növbəti amnistiya gözlənilir. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın parlamentə amnistiya aktı layihəsi təqdim etdiyini təsdiqləyib.
Parlamentə belə bir layihənin daxil olduğu haqda ilk məlumat “Yeni Müsavat” qəzetinin 15 aprel sayında dərc edilib. Qəzet yazıb ki, uzağı mayın 10-dək qəbul olunacaq amnistiya aktı layihəsi əvvəlki amnistiyalardan daha əhatəlidir.
R.Rzayev “Media forum”a açıqlamasında deyib ki, hazırda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sözügedən amnistiya aktı layihəsinə baxır.
İndiyədək Milli Məclis iki dəfə - 2008-2009-cu illərin mart ayında M.Əliyevanın təşəbbüsü ilə amnistiya aktı qəbul edib.