Modern.az

TQDK aprelin 18-də respublikanın 26 şəhərində sınaq imtahanı keçirəcək

TQDK aprelin 18-də respublikanın 26 şəhərində sınaq imtahanı keçirəcək

Ölkə

16 Aprel 2010, 16:31

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il aprelin 18-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçirəcək. Bu imtahanda iştirak etmək üçün 30994 abituriyent qeydiyyatdan keçib.
TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Quba, Ağcabədi, Sabirabad, Salyan, Yevlax, Lənkəran və Astara şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək.

İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanmış və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.

Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək.

Qeyd edək ki, Hazırda aprelin 25-də keçiriləcək sınaq imtahanına yazılış davam edir. Qeyd edək ki, aprel ayının 18 və 25-də sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunacaq.

Növbəti sınaq imtahaları isə mayın 16-da olacaq. Həmin sınaq imtahanına yazılışla bağlı məlumat TQDK-nın internet səhifəsində yerləşdiriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı