Modern.az

Azərbaycanda hər 100 nəfərdən 41-i internetdən istifadə edir

Azərbaycanda hər 100 nəfərdən 41-i internetdən istifadə edir

Ölkə

17 Aprel 2010, 17:14

Aprelin 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2010-cu ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Modern.az xəbər veriri ki, tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2010-cu ilin birinci rübünün yekunları ilə bağlı ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclasında proqram xarakterli çıxışından irəli gələn vəzifə və gələcək perspektivlər barədə danışıb.
Əli Abbasov dövlət başçısının İKT sahəsinə ayrılan diqqət və qayğını vurğulayaraq, ölkə Prezidentinin informasiya-kommunikasiya texnologiyalarının inkişafını müsbət qiymətləndirdiyini xüsusi olaraq vurğulayıb.
Sektorun inkişafından danışan Əli Abbasov Ümumdünya İqtisadi Forumun informasiya texnologiyaların inkişafına dair hesabatını və burada Azərbaycanın artıq ikinci ildir ki, regionda lider ölkə kimi təqdim olunduğunu da qeyd edib.

Sonradan tədbirdə “2010-cu ilin I rübünün yekunları haqqında” məruzə ilə RİTN-nin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev çıxış edib.
Məruzəçi 2010-cu ilin I rübündə İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23.1% artaraq 241.8 milyon manat çatdırılmasını bildirib.
Telekommunikasiya və poçt sektorunda əldə olunan gəlirlərin 74,5%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə artım tempi 23,4% təşkil edib.
İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,7%, qeyri-neft ÜDM-də isə payı 4,5% olub.
2010-cu ilin I rübündə ümumilikdə İKT və poçt sektoruna 8,6 milyon manat investisiya qoyulub.

Həyata keçirilmiş investisiya layihələri və telefon şəbəkəsinin modernləşdirilməsi ilə əlaqədar görülmüş işlərdən danışan R. Nəbiyev bu tədbirlərin nəticəsində hesabat dövründə respublikanın ümumi telefon şəbəkəsi üzrə 19 224 nömrə tutumlu yeni ATS-lər istifadəyə verildiyini, ümumistifadəli sabit telefon şəbəkəsinin tutumunu 1 583 084 nömrəyə çatdırılmasını qeyd edib.
Mobil rabitə sahəsinə gəldikdə isə məruzəçi mobil abunəçi sayının ilin əvvəlinə nisbətən təxminən 56 min nəfər artaraq 7  813 128 nəfər təşkil etməsini bildirib və qeyd edib ki, bu hər 100 nəfərə 87 mobil abunəçinin düşməsi deməkdir.
Həmçinin şöbə müdirinin sözlərinə görə, hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 12 ədədə, internet istifadəçilərinin sayı 41-ə bərabər olub.
Bundan əlavə kollegiya iclası zamanı regionda internetin inkişafı haqqında məruzə dinlənilib və qeyd olunub ki, region istifadəçiləri Şəbəkəyə daha aktiv qoşulur və yeni texnologiyaların xidmətlərində yararlanırlar.
Həmçinin tədbirdə genişzolaqlı internetin tətbiqinə dair məsələlərə də toxunulub. Bildirilib ki, hazırda Bakı şəhəri ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında genişzolaqlı şəbəkə xidmətlərindən istifadə edən abunəçilərin sayı artmaqdadır. İnternet xidməti tariflərinin aşağı salınması nəticəsində respublika üzrə genişzolaqlı internet abunəçilərinin sayı 26 min nəfər və ya 34,2% artaraq təqribən 80 minə çatıb.
Kollegiya iclasına son vuran Əli Abbasov öz tapşırıq və göstərişlərini verib, tədbir iştirakçılarını daha yüksək nəticələrin əldə olunması üçün bütün səylərini əsirgəməməyə çağırıb.
Tədbirdə həmçinin rabitə işçilərini fəxri fərmanlarla mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, kollegiya iclası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı vasitəsi canlı yayımlanırdı.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı