Modern.az

“Ən yaxşı müəllim” olmaq istəyənləri bu gün sınağa çəkəcəklər

“Ən yaxşı müəllim” olmaq istəyənləri bu gün sınağa çəkəcəklər

Ölkə

20 Aprel 2010, 10:47

Təhsil Nazirliyinin “Ən yaxşı müəllim” müsabiqəsinə sənəd verən 460 müəllimdən 203-ü II və III mərhələdə iştirak edəcək.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, iştirakçılar arasında say etibarı ilə üstünlük ibtidai sinif və ingilis dili müəllimlərinə məxsusdur. Müsabiqənin iştirakçı müəllimləri bu gündən başlayaraq 3 gün ərzində Bakı şəhərinin müəyyən edilmiş məktəblərində sınaq dərsi keçəcəklər. Sınaq dərsləri deyəcək müəllimlər Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş ekspert qrupları tərəfindən dinlənilərək, müəyyən edilmiş meyarlar üzrə qiymətləndiriləcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı