Akif Nağı
Çıxış yolu özümüzdədir

Xristianların müsəlman aləminə qarşı mübarizəsinin kökündə dünya ağalığı iddiası dayanır. Onlar bu yolda məhz müsəlman ölkələrini özləri üçün əsas maneə hesab edirlər. Ona görə də müsəlman ölkələrini bir-bir məhv edir, ya da zəiflətməyə çalışırlar. Bu mübarizə orta əsrlərdən, səlib yürüşlərindən bu günə qədər davam edir. Rusların ilk imperiyapərəst hökmdarı I Pyotrun vəsiyyətlərində göstərilirdi: həmişə Türkiyə ilə İran arasında düşmənçilik yaratmalı; sünni-şiə məsələsini qabartmalı; elə etməli ki, İran gücdən düşsün, əvvəl Türkiyəni, sonra İranı məhv etməli. Rusiyanın regionda siyasəti o vaxtdan bu günə qədər dəyişməyib və bu siyasətdə həmişə ermənilərdən alət kimi istifadə olunub. Ermənilər XX əsrin əvvəlində azərbaycanlıları rusların köməyi ilə qətlə yetirdilər, 100 minlərlə insan bu qətllərin qurbanı oldu. Ruslar İran ərazisinə də müdaxilə etdilər, 1917-ci il martın 17-də Urmiya şəhərini ələ keçirdilər, sonra isə erməni quldur dəstələrinin ixtiyarına verdilər. Erməni silahlı dəstələri bir gün ərzində 10 mindən artıq əliyalın dinc əhalini qətlə yetirdilər. Bu, ermənilərin müsəlmanlara qarşı sönmək bilməyən nifrətinin nəticəsi idi. O illərdə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən dəstə başçılarından Hamazasp deyirdi: “Mənə hər yerdə müsəlmanları qırmaq əmri verilib və həmin əmri yerinə yetirirəm. Hər bir müsəlman mənim düşmənimdir, yalnız ona görə ki, o, müsəlmandır”. ABŞ da həmin illərdə özünün xristianlıq “borcu”nu çəkinmədən yerinə yetirirdi. ABŞ prezidenti Vudro Vilson 1920-ci ildə Azərbaycanın müstəqilliyini tanımaqdan imtina etdi, Ermənistana isə 25 milyon dollar (o vaxt bu, çox böyük məbləğ idi) yardım ayırmaq təklifi ilə çıxış etdi, sonra isə Türkiyə, İran, Azərbaycan torpaqlarının hesabına “Ermənistan dövləti” yaratmaq təklifini irəli sürdü. Ona görə də ermənilər V. Vilsonu özlərinin “ataları” hesab edirlər. ABŞ bu gün də həmin siyasəti davam etdirir. İşğalçı Ermənistanı himayəsində saxlayır. Dağlıq Qarabağdakı qondarma rejim dünyada yeganə ərazidir ki, ABŞ oraya birbaşa yardım göstərir. Həmçinin ABŞ yeganə ölkədir ki, Dağlıq Qarabağa dövlət səviyyəsində yardım göstərir. Vatikanın rəhbərləri də xristian dövlət başçılarından geridə qalmırlar. Papa II İohann Pavel 1992-ci ildə Qarabağda döyüşən erməniləri tərifləyərək din yolunda “mübarizlər” adlandırdı. Bunu biz demirik, Papanın özü deyir, özü etiraf edir ki, Qarabağ münaqişəsi dini qarşıdurmadan başqa bir şey deyil. Papa o vaxt Qarabağa gedib ölən ermənilərin qəbrlərini ziyarət etmək istəyini də dilə gətirmişdi, utanmasa vuruşmaq istədiyini də deyərdi. O, 2002-ci ildə Bakıya gəldi, çox yerlərdə oldu, amma Şəhidlər Xiyabanına getmədi, Qarabağda şəhid olanlar barədə bir kəlmə də danışmadı. Amma bir il sonra İrəvanda oldu, qondarma “soyqrım” abidəsini ziyarət etdi, Qarabağda ölən ermənilərin qəbrlərinə getdi, dualar oxudu.
Papalı, prezidentli, kütləli xristian dünyasının mövqeyi göz qabağındadır, onlar mövqelərini heç gizlətmirlər də. Ötən əsrin 90-cı illərində Qarabağ münaqişəsinin nizama salınmasında ABŞ tərəfindən vasitəçilik etmiş Con Mareska missiyasını başa vurduqdan az sonra mətbuata bildirmişdi ki, “Azərbaycan Qarabağla bağlı xülyalarından əl çəkməlidir”. Təxminən həmin vaxtlarda fəaliyyət göstərmiş rusiyalı vasitəçi Vladimir Kazımirov bu gün açıq şəkildə erməniləri müdafiə edir, Azərbaycanı Qarabağdan birdəfəlik əl çəkməyə çağırır. Tanınmış amerikan-ingilis eksperti Tomas de Vall bu yaxınlarda tam açıq mövqedən çıxış etdi: “Mən ərazilərin müqabilində Dağlıq Qarabağın statusunun razılaşdırılmasından başqa yol görmürəm. Ərazilər (Dağlıq Qarabağ ətrafındakı ərazilər. – A.N) qaytarılır, Dağlıq Qarabağ müstəqil dövlət statusu alır, Laçın dəhlizi ermənilərin nəzarətində qalır. Hər iki tərəfin ictimaiyyəti bu məsələləri müzakirə etməlidir”. Fikrimi gücləndirmək üçün sonuncu misalı da çəkim. 2013-cü ilin iyun ayında litvalı diplomatların, bu ölkənin Azərbaycanda və Macarıstandakı səfirlərinin telefon danışığı ilə bağlı qalmaqal yaşandı. Onların telefon danışıqlarının yazısı sosial şəbəkələrə çıxarılmışdı, bu danışıqlardan məlum oldu ki, onlar Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə Ermənistanın tərəfindədirlər və yalnız ona görə ki, ermənilər xristiandırlar. Xristianların hamısı bu cür düşünürlər, sadəcə çoxları bunlar qədər axmaq deyillər ki, fikirlərini telefonda bölüşsünlər. Erməni millətçisi Hamazaspın, Roma Papasının, bu litvalı diplomatların dediklərini müqyisə edin, görəcəksiniz ki, heç nə dəyişmir və biz hələ də xristian düşmənçilyi, qəsbkarlığı, səlibçiliyi ilə üz-üzəyik. Amma bunun fərqinə varmaq istəmirik.
Bu, onların, düşmənlərin mövqeyi. Bəs bizim dostlarımızın, İslam dünyasının mövqeyi nədən ibarətdir?! Sözdə hər şey qaydasındadır. Hörmətli Ayətullah Xamneyi bildirb: “Qarabağ İslam torpağıdır və hər kəs onun azadlığı uğrunda canını itirsə şəhid hesab olunur”. Türkiyənin prezidenti hörmətli Abdulla Gül bildirib ki, türk dünyasının bütün məsələlərinin başında Qarabağ problemi durur. Çox gözəl. 2008- ci il martın 14-də BMT Baş Assambleyası “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə əlaqədar” qətnamə qəbul etdi. Sənəddə Ermənistanın işğalçı qüvvələrinin çıxarılması, qaçqınların öz yurdlarına qaytarılması və s. nəzərdə tutulurdu. Əksəriyyəti müsəlman dövlətləri olmaqla 39 lehinə, 7 ölkə (ABŞ, Rusiya, Fransa, Ermənistan, Hindistan, Anqola, Vanuati) əleyhinə, 100 ölkə bitərəf qaldı. Bu da aydın. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə obyektiv qətnamələr qəbul edib. Bu da gözəl. Amma nəticə yoxdur. Nə üçün?
Mən hesab edirəm ki, Qarabağ məsləsinin həll olunmamasının əsas səbəblərindən biri İslam ölkələrinin müşahidəçi mövqedə qalması, qəbul etdikləri qərarlara əməl etməmələri, işğalçı Ermənistana qarşı qəti və konkret mövqe tuta bilməmələridir.
İran vasitəçilik etmək istədi, amma erməni-rus xəyanəti ilə üzləşdi. 1992-ci il fevralın 25-də İranın xarici işlər naziri Əli Əkbər Vilayəti Bakıya gəldi, Azərbaycanın rəhbərləri ilə görüşdü. Səfərdən əvvəl Ermənistan rəhbərliyi ilə əlaqə saxlamışdı. Bakı və İrəvan razılaşmışdı ki, fevralın 27-dən martın 1-nə qədər Qarabağda atəşkəs elan olunur, İranın xarici işlər naziri fevralın 27-də Qarabağa gəlir, vasitəçilik missiyasına başlayır. Fevralın 25-dən 26-sına keçən gecə ermənilər Xocalı soyqrımını törətdilər. İran prezidenti Azərbaycan və Ermənistanın prezidentlərini Tehrana dəvət etdi, mayın 8-də onların arasında sənəd imzalandı. Sənədə görə atəşkəs elan olunur, danışıqlara başlanılırdı. Həmin gün axşam Şuşa üzərinə hücüm başladı, işğal olundu. Rusiya ötən əsrin 90-cı illərində Türkiyə tərəfindən edilən bütün vasitəçilik cəhdlərinin də qarşısını aldı. İran, Türkiyə, Pakistan bu gün də münaqişənin nizama salınması üçün təkliflərini verirlər. Lakin Rusiya və digər xristian dövlətləri buna imkan vermirlər.
Biz nə istəyirik? Birincisi, İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr Ermənistanla bütün əlaqələrini kəssinlər. Bu mənada Türkiyə və İrandan gözlədiklərimiz daha çoxdur. Türkiyə tırlarının Gürcüstan vasitəsilə Ermənistana mal daşıması düzgün deyil. Türkiyə Ermənistanla sərhədlərin açılmasını da gündəmdə saxlayır. İranın Ermənistanla ticarət dövriyyəsi 500 milyon dollardı. İranın müdafiə naziri Ermənistana səfər edir. İran Ermənistana elektrik enerjisinin əvəzində qaz kəməri çəkir. Neft kəməri çəkməyə hazırlaşır. Mehri ərazisində Su Elektrik Stansiyası tikmək barədə razılıq əldə olunub. Bəzi məlumatlara görə Şərqi Azərbaycanla Dağlıq Qarabağdakı qondarma rejim arasinda əlaqələr var və sair. İran parlamentinin Karen Xanlaryan adlı deputatı İran-Türkiyə münasibətlərinə dair məsləhət verir?! Bütün bunlar, məncə, artıqdır və ümumi işimizə xidmət etmir. İkincisi, işğalçı Ermənistanın öz mövqeyindən geri çəkilməsi üçün İslam dövlətləri ona qarşı ciddi sanksiyalar tətbiq etməlidirlər. Üçüncüsü, İslam dövlətləri müharibəni başlamaq üçün Azərbaycana hərbi-texniki dəstək verməlidirlər