Azərbaycan Xalq Cəbhəsi Partiyasının KİV-lə təmasını quran qurumun mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu uzun müddətdir görünmür. Əvəzində son vaxtlar AXCP barədə məlumatları mətbuata partiyanın ictimai əlaqələr şöbəsinin müdiri kimi Seymur Həziyev təqdim edir. Bəzi tanınmış AXCP funksionerləri kimi İsaq Əvəzoğlunun da partiyadan getdiyi bildirilir. AXCP mətbuat xidmətinin əməkdaşı Alı Rza isə saytımıza bildirib ki, İsaq Əvəzoğlu yenə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri olaraq qalır və partiyadan çıxmayıb: “Şaiələr gəzir ki, guya İsaq Əvəzoğlu AXCP-nin mətbuat xidmətindən uzaqlaşıb. Bu doğru xəbər deyil. O, AXCP-nin rəsmən mətbuat xidmətinin rəhbəridir. Sadəcə səhhətində müəyyən problemlər olduğuna görə, müəyyən müddətə işindən ayrılıb”. Lakin o, İ.Əvəzoğlunun harada müalicə olunduğunu demək istəməyib. Ali Rza onu qeyd edib ki, hazırda partiyada məlumatların ötürülməsi və yayılması məsələri ilə özü də məşğul olur.
Partiyadakı digər mənbə Modern.az-a İ.Əvəzoğlunun hazırda Ukraynada olduğunu bildirib. Təhminə Paşayeva