Modern.az

İyunda Bakı zooparkına yeni heyvanlar gətiriləcək

İyunda Bakı zooparkına yeni heyvanlar gətiriləcək

Ölkə

22 Aprel 2010, 12:20

 

Bakı Heyvanat parkına yeni heyvanlar gətiriləcək. Bu barədə Modern.az-a məlumat verən Zooparkın direktoru Azər Hüseynov deyib ki, heyvanların gətirilməsi üçün yeni müqavilələr imzalanacaq.

“Bu yaxınlarda  Baltikyanı ölkələrdən yeni heyvanlar gətirilməsi üçün müqavilə imzalanacaq. Bununla bağlı iyun ayında Rusiyada olacam. Hələki hansı heyvan növlərinin gətirilməsini dəqiqləşdirməmişik. Yenə də mübadilə yolu ilə gətiriləcək. Adətən biz heyvanları pulla almırıq, ancaq mübadilə yolu ilə gətiririk”.

Azər Hüseynov onu da qeyd edib ki, heyvanlar daha çox Qazaxstan, Rusiya və Özbəkistandan gətirilir.

“Hazırda  zooparkda 170 növdə  1200 baş irili-xırdalı heyvan saxlanılır. Zooparkın ən qoca sakini 35 yaşlı lama, ən cavanı isə 20 günlük yallı qoyunun balasıdır”.

A.Hüseynov bildirib ki, heyvanlar daim baytarlıq müayinəsindən keçirilir. Profilatik tədbirlər görülür. Heyvanlara peyvəndlər edilir. Bakı Zooparkının Qobuda yaradılacaq Bakı Zooloji Parkına köçürüləcəyinə gəlincə, Azər Hüseynov qeyd edib ki, bu barədə məlumatı yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, yeni yaradılacaq Zooloji parkın Bakı zooparkına heç bir aidiyyatı yoxdur. Zooloji park tam fərqli formada yaradılacaq.

Təhminə Paşayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı