Modern.az

Şəxsiyyət vəsiqələrində milliyyət yazılsın, yazılmasın?

Şəxsiyyət vəsiqələrində milliyyət yazılsın, yazılmasın?

Ölkə

22 Aprel 2010, 13:59

Bir neçə il öncə Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsinə başlanılarkən bu sənəddə “milliyət” qrafası öz əksini tapmadı. Bu isə bəzi narazılıqlara səbəb oldu. Hətta bir sıra millət vəkilləri, ziyalılar vaxtilə Sovet pasportlarda olduğu kimi, şəxsiyyət vəsiqələrində də “milliyyət” qrafasının göstərilməsinin vacibliyini vurğuladılar. Bu yöndə fikirlər indi də davam etməkdədir. Millət vəkili, dilçi alim Gültəkin Hacıbəyli əməkdaşımızla söhbətdə bildirib ki, bu məsələyə birmənalı cavab vermək bir qədər çətindir: “Sözsüz ki, hər bir insan milli kimliyi ilə fəxr edə bilər və onun kimlik vəsiqəsində milli mənsubiyyətini göstərməyə haqqı çatır. Ancaq digər tərəfdən, Azərbaycan Avroatlantik məkana inteqrasiya edir, Avropa hüquq məkanının bir tərkib hissəsinə çevrilir. Avropa hüququnda “etnik mənsubiyyət” anlayışı demək olar ki, aradan qalxıb. “Etnik mənsubiyyət” anlayışı milli azlıqların hüquqlarının qorunması prizmasından dartışmalar, müzakirələr  aparılarkən gündəmə gətirilir. Bu səbəbdən də Avropa məkanında şəxsiyyəti təsdiq edən sənədlərdə “dövlət mənsubiyyəti” məfhumu əksini tapır. Bu baxımdan mən də düşünürəm ki, Azərbaycanda yaşayan hər bir etnik qrupun nümayəndəsinin Azərbaycan vətəndaşlığı ilə fəxr etməyə haqqı var. Eyni zamanda, etnik kimliyindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir vətəndaşın Azərbaycan tarixi, türk tarixi ilə qürur duymağa haqqı çatır. Çünki əslində biz bu tarixi Azərbaycanda çiyin-çiyinə yaşadığımız etnik qruplarla birgə yaratmışıq".  

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı