Modern.az

Erkən nikah və boşanmalar

Erkən nikah və boşanmalar

Ölkə

22 Aprel 2010, 15:49

Aprelin 22-də Azərbaycan Media Mərkəzində “Erkən nigah və qan qohumluğu sosial problem kimi” adlı lahiyənin təqdimatı keçirilib. Modern.az-ın məlumatına görə, layhiə rəhbəri Ramiz Sevdimalıyev bildirib ki, hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycan ailəsində də erkən nigah problemi qalmaqdadır. O, Azərbaycanla bağlı belə faktların  UNİCEF-in Azərbaycan numayəndəliyi və BMT-nin Əhali Fondunun hesabatında yer aldığını deyib: “Erkən nigahlar əksər hallarda valideynlərin təsiri ilə baş verir. Erkən yaşda ərə verilən təhsilsiz, özünü mudafiə etməyi bacarmayan qız şəxsiyyət kimi formalaşma imkanlarını da itirir, cəmiyyətdən təcrid olunur. Erkən nigahlar ailələrin dağılmasına və əksər hallarda bu izdivacdan doğulan körpələrin fiziki və pisixi xəstəliklərlə dunyaya gəlməsinə səbəb olur”.

Ramiz Sevdimalıyev deyib ki, bəzi valideynlərin öz övladlarını erkən yaşda yaxın qohumları ilə evləndirməsi Azərbaycanın regionlarında geniş yayılıb. Onun sözlərinə görə, cənub rayonlarından Lənkəran və  Cəlilabadda, şimal rayonlarından Qusar və Xaçmazda belə hallara daha çox rast gəlinir.

R.Sevdimalıyev deyib ki, erkən nigah probleminin araşdırılması ilə bağlı yaradılan İşçi qurupunun “qaynar xətt” xidməti fəaliyyət göstərir. Bura regionlardan zəng etmək imkanı var (tel: 088 408 30 17 və 088 408 30 27).

“Boşanmış qadınlara hüquqivə pisxoloji yardım” lahiyəsinin rəhbəri Şahin Camal bildirib ki,  2004-2008- ci illər ərzində Azərbaycanda 374985 nəfər nigaha daxil olub  və 39899 boşanma halı qeydə alınıb. Onun sözlərinə görə, boşanmış qadınların ən çox qarçılaşdığı problemlər mülkiyyət, sosial təminat hüququ, əmlak huquqları, uşaq huquqları, vərəsəlik, aliment alınması ilə bağlı olur.

“Bundan əlavə, bir çox boşanmış qadınlar tək qaldığı halda pisxoloji, seksual və s kimi təcavüzlərə məruz qalırlar. Köməksiz olduğu üçün əksər məqamlara dözməli olurlar. Cəmiyyət tərəfindən lazımi dəstək ala bilməyən boşanmış qadın ən azından dünyada narkomaniyadan sonra ikinci ən mühüm bəla sayılan insan alverinin qurbanına çevrilmək təhlükəsi ilə də üz-üzə qalır”.

Ş.Camalov bildirib ki, ölkəmizdə son dövrlər artan boşanma halları ata qayğısından məhrum olan uşaqların və sosial çətinliklərin öhdəsindən təkbaşına gəlməli olan anaların sayını artırıb. Mail Ağaxanov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı