|
|
Yaşıl rəngin hakim olduğu 100 dollarlıq əsginasa artıq yeni mis rəngi də əlavə olunub.
ABŞ Mərkəzi Bankında düzənlənən mərasimdə bu ölkənin maliyyə naziri Timoti Qeytner və Mərkəzi Bankın rəhbəri Ben Bernanke iştirak edib. Qeytner açıqlamasında 100 dollarlıq əsginasın yenidən dizayn edildiyini elan edərək saxtakarlığa qarşı ən son texnologiyadan istifadə edildiyini bildirib.
Qeyd edək ki, bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində 100 ABŞ dollarının təqdimatı keçirilib.
Mərasimdə bildirilib ki, saxtakırlığın qarşısının alınmasında ən müasir texnologiya ilə hazırlanmış yeni əskinasda 2 yeni təhlükəsizlik elementi var. Bunlar üçqat təhlükəsizlik zolağı və mürəkkəb qabında zəng işarəsidir. Hər iki element işığa tutmadan da – adi gözlə də görünür. Əskinası gözə yaxınlaşdırıb-uzaqlaşdırdıqda mavi zolağın üzərindəki zəng işarəsi və 100 rəqəmi yerlərini dəyişir. Mürəkkəb qabının isə rəngi dəyişir. Bununla belə, yeni əskinaslarda əvvəlkindəki kimi su nişanı - prezident Benjamin Franklinin portreti, xüsusi müdafiə teli və rəngini dəyişən «100» rəqəmi saxlanılıb. Köhnə əskinasları olan insanlar üçün onları yenisi ilə əvəz etməyə ehtiyac olmayacaq. Çünki köhnə 100 dollarlıq əskinaslar da hüquqi qüvvəsi olmaqla qanuni ödəmə vəsaiti kimi qalacaq.
Hazırda dövriyyədə 6,5 milyarda yaxın köhnə əskinaslar mövcuddur.