Modern.az

Nərmin Kamalın görməyib, mənim gördüklərim....

Nərmin Kamalın görməyib, mənim gördüklərim....

Ölkə

22 Aprel 2010, 17:01

Nərmin Kamalın  Azərbaycanda qadınlar haqqında yazdığı və müsahibəqədə qalib gələn essesi haqqında düşüncələrim....

 

 

....Esse maraqlıydı. Yazı olaraq çox gözəldir. Həqiqət payı var. Ancaq həqiqətin kəndisi deyil.

 

Hər kəs öz gördüyünü yazır. Nərmin də öz gördüyünü yazdı. Haqlıdır. Çünki gördükləri bunlardır....

 

Bu da mənim gördüklərim...

Yazıdakı bir necə məqam var ki, bu məqamları mən də yaşadığım üçün onlara toxundum. Baxmayaraq ki, qadın mövzusu  günlərlə yazılacaq bir mövzudur.

 

Atam mən anadan olarkən saqqal saxlamadı. Ağlamadı da. Hətta çox sevindi. Atam qızlarını hər zaman oğlanlarından daha çox sevdi. Hətta kəndimizdə qızı olduğu üçün sevinib qurban kəsən atalar da var.

 

Orta məktəbdə oxuyanda oğlanlardan heç də geri qalmadım. Adlarımız duvarlara çox yazıldı. Hər iki formada. Oglan+qız, qız+oğlan. Fərqimiz yox idi.

 

Uzun illər Azərbaycanın tanınmış mətbuat orqanlarnda işlədim. Reportyorluq etdim. Ən qaynar yerlərdən reportajlar yazdım. Hətta dəfələrlə təzyiqlərə məruz qaldım. Ancaq qadın oduğum üçün deyil. Jürnalist olduğum üçün....

 

Azərbaycanın sayılıb seçilən bütün qəzetlərində işlədim. Tanınmış bütün redaktor və siyasətçilərlə ünsiyyətdə oldum. Heç bir zaman nə bir qəzet redaktoru, nə də bir siyasətçinin, nə də tanınmış bir fikir adamının  “bir qız ki, ictimai fəaliyyətlə məşğuldur, o qəzetlərdə yazır, onun fikrinə münasibət bildirirlər, onunla kimsə evlənməz” dediyinin şahidi olmadım. Bu cür yanaşma o qədər məntiqsiz və mənasiz  vaxt itkisi idi ki, bunu müzakirə predmeti etmək bele çox anlamsız olurdu. Demokratiya, söz azadlığı uğrunda mübarizə aparanlar qadını belə ucuzlaşdıra bilməzdilər. Belə düşünmək onlara edilən ən boyuk haqsızlıq olardı.

 

Bəli, qadın əxlaqı  jurnalistikada daha  fərqlidir. İnsanın gözünə daha çox batır. Başqa sahələrdə olduğundan daha çox göz önündə olursan.  Ancaq əxlaqlı qadın işlədiyi bütün sahələrdə əxlaqlıdır. Necə ki, əxlaqsız qadın işlədiyi bütün sahələrdə əxlqsızdır. Namuslu biri əxlaqsız jurnalistlə evlənmədiyi kimi, əxlaqsız həkimlə də evlənməz. Bunun jurnalisttikaya dəxli yoxdur. Əxlaq norması jurnalistikayla ölçülməməlidir. Mən səxsən jurnalist olmağımla fəxr edrəm.

 

İctimai fəaliyyətlə məşğul oldum. Secici Qadınlar Liqasının sədri olarak bəzi layihələrdə iştirak etdim. İctimai fəaliyyətlə məşğul olan o qədər çox qadınlarımız var ki. Onları sadəcə alqışlamaq olar. Və onların da alələri, usaqları var.

 

 

Heç bir oğlan mənə “qəzetdə şəklin çıxıb, mən səninlə evlənə bilmərəm” demədi. Ətrafımdakı jurnalist qızlardan kiməsə də bunun deyildiyini şahidi olmadim. Əksinə, bunula  fəxr edildliyinin belə şahidi oldum.

 

Mənimlə eyni vaxtda qəzetlərdə çalışan jurnalist xanımların demək olar ki, böyük əksəriyyəri evlidir. Və ailələri var. Onlar da kiminsə gəlinləridir. Və onlar yene də jurnalistdirlər.

 

Jurnalist oldum, ancaq bunları mən görmədim, mən yaşamadım.

Nədən Nərminin gördüklərini mən görmədim? 

Mən də ailə qurdum. Toyumda oynadım. Və toyunda oynayan tək gəlin mən deyildim...Tək jurnalist də mən deyildim. Tək qadın mən deyildim...Və butun qızlar toylarında oynayır...

 

Bəli, bizim cəmiyyətdə qadın olmaq çətindir. Ancaq dözülməz deyil. Bəli, qadın olduğum üçün çox cətinliklərlə qarşılaşdım.Yazıda haqlı məqamlar var. Ancaq bu Azərbaycan həqiqətinin hamısı deyil. Və sadəcə qadınlıqla bağlı deyil. Mən bunu belə qiymətləndirilməsinin əleyhinəyəm. Bu Azərbaycan cəmiyyətində yaşamağın çətinliyidir. Kim dedi ki, kişi olmaq daha asandır? Bunu heç onlara sordunuzmu? Qadınlardan bəlkə daha çox əzilir onlar? Azərbaycan cəmiyyətində kişi olmaq, bu qədər asan olsa, o zaman nədən butun intellektual Azərbaycan kişiləri köç edir? Qalanlar nədən bu qədər əzgindirlər?

 

Kimsəyə haqsızlıq etməyəlim. Xüsusilə, cəmiyyətdə söz sahibi olan qadınlara. Qızının oxuması üçün dəridən-qabıqdan çixan atalara.... Kimsəyə........

 

Heç bir zaman qadın olmaq yükünün altında əzilmədim. Bütün qərarlarımı insan olaraq verdim. Qadın olduğum üçün xosbəxtəm. Çünki mən anayam. Ana olmaq qadınlığın ən böyük qüdrətidir.

 

Bəli, qadın olmaq çətindir. Ancaq qadını məngənə kimi sıxan bu adət-ənənələri bu günümüzədək daşıyan elə analarımız, nənələrimiz, xalalarımız, qaynanalarımız, baldızlarımız deyilmi? Onlar qadın deyilmi? Qızını atadan daha çox sıxan, qardaşın quluna çevirən, ərinin köləsi kim yetişdirən elə qadınlar deyilmi? Qadına qarşı edilən haqsızlığın, kişilərin balıncaltındakı qadın siluetini bu cür formalaşdıran elə qadınlar deyilmi? Qonşu Ziba arvad birdən nəysə deyer deyə, oğlunun oxumuş qadınla evlənməsinə qarşı çıxan ana QADIN deyilmi? Evə gəlin gələcək gənc qız haqqında ilk bilgi elə qonşu qadınlardan alınmırmı?

Qadının cəmiyyətdəki mövqeyini elə biz qadınlar müəyyənləşdirmədikmi? Analarımızdan gördüyümüz “adət-ənənələrlərlə” bü günümüzü yazmadıqmı? Nədən sikayət etmədən elə ilk dəyişikliyi özümüzdən başlamayaq? Necə? Bütün bu adət-ənənələrin əsrinə çevrilməyən müstəqil düşüncəli övlad yetişdirməklə.....

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı