Modern.az

Nazir: “Bakını heyvanat parkından qurtarmalıyıq”

Nazir: “Bakını heyvanat parkından qurtarmalıyıq”

Ölkə

23 Aprel 2010, 13:02

Ekologiya və təbii sərvətlər naziri  Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında metronun “Gənclik” stansiyasının yaxınlığındakı Zooparkın şəhərdən kənara köçürülməsinin vacibliyini vurğulayıb: “Heyvanlar insanlardan uzaq şəaraitdə saxlanılmalıdır. Dünyada kiçik zooparklardan imtina olunur”. H.Bağırov deyib ki, Bakıdan kənarda yeni Zooloji parkın yaradılması işinə hollandiyaları mütəxəssislər də cəlb edilib. “Heyvanxana zooloji park deyil. Heyvanların qəfəslərdə saxlanılması düzgün deyil”.

Nazir onu da qeyd edib ki, birinci mərhələ üçün Güzdək kəndi yaxınlğında 55 hektar yer ayrılıb.

“Zooloji park məcbur deyil ki, şəhərin mərkəzində olsun. Heyvanlar təbii şəraitdə saxlanılıcaq. Tam fərqli bir Zooloji park olacaq.Təkcə Azərbaycana məxsus heyvanlar deyil, digər ölkələrdən də heyvanlar gətiriləcək”. Təhminə Paşayeva

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı