Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə partiya sədri Sülhəddin Əkbərin telefon danışığının audisi yayılıb. Səs yazısı Rəsul Quliyevlə ACP sədri Sülhəddin Əkbərin arasında, müxalifətin 22 sentyabr mitinqində baş tutan telefon danışığını əks etdirir. Telefon danışığında Rəsul Quliyev müxalifətin ünvanında aşağılayıcı ifadələr səsləndirib.
Qeyd edək ki, səs yazısının həqiqətəndə Rəsul Quliyevlə Sülhəddin Əkbərə aid olduğu hələlik öz təsdiqini tapmayıb.
Modern.az