Modern.az

Azay Quliyev: “Mən belə şəxsləri muzdlu hesab edirəm"

Azay Quliyev: “Mən belə şəxsləri muzdlu hesab edirəm"

Ölkə

29 Aprel 2010, 17:40

İsrail parlamentində (Knesset) qondarma “erməni soyqırımı” məsələsinin gündəmə gətirldiyini nəzərə alan  Azərbaycanın millət vəkili Azay Quliyev yəhidi deputatlara əsl soyqırımın harada olduğunu xatırladıb: “Əgər doğrudanda yəhudi parlamentinin soyqırımla bağlı belə bir əndişəsi varsa, heç də uzağa getməsin buyursun gəlsin Qubada azərbaycanlıların, türklərin və yəhudilərin başın gətirilən müsibətlərlə tanış olsunlar və sonra bununla bağlı qərar qəbul etsinlər”.

Azay Quliyev bildirib ki, əgər belə bir müzakirəyə cəhd olarsa, belə ona ciddi çəkildə etiraz etmək lazımdır. Millət vəkili hesab edir ki, ermənilər tərəfindən irəli sürülən belə bir təklif bütövlükdə böyük bir tarixi səhv və haqsızlıqdır. Əvvəla ona görə ki, türklər həmişə yəhudilərə arxa olub, onlara zaman-zaman yardımlar göstəriblər. Onlarlaa hər zaman yaxın münasibətdə olublar, onlara dar günlərində hər zaman qucaq açıblar. Belə bir anda , belə bir vəziyyətdə yəhudi parlamentindən Türkiyəyə qarşı səhv addım, xəta gözlənilməzdir. “Biz bu məsələdə Türkiyənin yanındayıq, onlara bu məsələdə tək buraxmayacayıq”-deyən millət vəkili əmindir ki, Azərbaycan parlamenti  də buna öz etirazını bildirəcək. “Azərbaycan dostluq qrupu buna dərhal reaksiya verməlidir, buna etirazını bildirməlidir.  Mən də bu məsləyə öz etirazımı bildirirəm və QHT-ləri və mətbuatı da bu etirazlara qoşyulmağa dəvət edirəm”.

Azay Quliyev hesab edir ki, erməni riyakar siyasəti həmişə dost, qardaş ölkələr arasında yaranan cüzi narazılıqdan dərhal yaralanıb. Ermənilər hər zaman belə bir vəziyyətdə prosesi daha da gərginləşdirməyə çalışırlar. “Mən belə şəxsləri muzdlu hesab edirəm. Əlbətdə ki, bu cür insanlar tarixdə yüksək imiclə qala bilməzlər. Çünki bunlar yalanı, haqsızlığı və şəri müdafiə edirlər”-deyən həmsöhbətimiz məsələyə fərqli yanaşma sərgiləyir. Azay Quliyev hesab edir ki, əgər doğrudan da yəhudi parlamentinin soyqırımla bağlı belə bir əndişəsi varsa heç də uzağa getməsin buyursun gəlsin Qubada azərbaycanlıların, türklərin və yəhudilərin başın gətirilən müsibətlərlə tanış olsunlar və sonra bununla bağlı qərar qəbul etsinlər.

“Bu bizimlə İsrail arasında olan münasibətlərə kölgə salmaz ki, gələcəkdə problem yaratmaz ki?”-sualımızı cavablandıran millət vəkili bu ehtimalı mümkün sayır.

Azay Quliyev məsələyə iki rakursdan baxmağı təklif edir. “Bunlardan birincisi, biz türklərə, Türkiyə türklərinə qarşı tarixi bir saxtakarlıqdır. Bu saxtakarlığa dəstək olmaq bir növü bu saxtakarlığa şərik olmaq deməkdir. İkinci tərəfdən isə bu gün əgər dünyada bu cür hallar baş verirsə, ermənilərin yalanları ayaq tutub yeriyirsə və Fransa, Amerika və İsrail kimi dövlətlər buna dəstək verirlərsə, bu yalana uyursa bu da dolayısı ilə Ermənistanın işğalçı siyasətinə dəstək vermiş olurlar.

Belə çıxır ki, 1992-ci ildə azərbaycanlılara qarşı soyqırım törətmiş ermənilərin əməlləri faktlarla, sübutlarla, sənədlərlə, canlı şahidlərlə sübut olunduğu halda, buna reaksiya verən yoxdur, əvəzində az qala  bir əsr bundan əvvəl baş vermiş, heç bir sənədlə təsdiqini tapmayan hadisələrə soyqırımı donu geyindirirlər. Bu haqsızlığı qidalandırmaq, ona ədalətsiz mövqe sərgiləməkdir”. Azay Quliyev bu qənaətdədir ki, deyilənlər yalnız sözdə mümkündür və İsrail parlamenti ABŞ və Fransa kimi haqsız addım atmaz. Ən azı ona görə ki, İsrail qədər əsl soyqırımın nə olduğunu, soyqırımın necə törədildiyini, necə acılar verdiyini bilən ikinci xalq və dövlət tapılmaz. Yəhudi xalqı bilir ki, ermənilər necə saxtakarlıqla məşğuldurlar.

Sonda millət vəkili bir daha vurğuladı ki, o, İsrail Parlamentinin ermənilərin “qondarma soyqırımını” qəbul edəcəklərini inanmır və bu məsələnin gündəmdən dərhal çıxarılmasını tələb edir. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı