Modern.az

Azərbaycanlılar arasında ermənilərə yas tutan harsın

Azərbaycanlılar arasında ermənilərə yas tutan harsın

Ölkə

28 Fevral 2014, 23:38

1988-ci il dekabrın 7-sində mənim cəmi 11 yaşım var idi. Amma biz o dövrün uşaqları bir az fərqliydik. İndiki kimi sosilal şəbəkələr, internetlə dünyaynı gəzmək yox idi. Rusiya kanallarına və AzTV-də eyni tipli verlişlərə və xəbərlərə baxaraq böyüsək belə, inkişafımız məncə indikindən daha yüksək idi. Mən Qarabağ münaqişəsinin başlandığı dövrü və o illərdə baş verən hər şeyi indiki kimi xatırlayıram.Yalnız gördüklərim və ailəmdə duyduqlarım yetərlidir ki, kimsənin dediklərini müzakirə etmədən öz doğrularıma inanım. 
O zaman baş verənlərdən yazmayacam. Sadəcə Xocalı soyqırımının ildönümü günlərində  ermənilərə qarşı duyarlı olan guya, müasir düşüncəli gənc yazarlara cavab olaraq bir hadisədn bəhs edəcəm. Ermənilərin mənim ailəmdən iki insanı snayperlə vurararaq şəhid etdiklərindən də yazmaq istəmirəm. Çünkü bütün şəhidlər mənim ailəmdir.

Yazıya başlayanda qeyd etdiyim tarixə gələk. Niyə məhz o gün? Spitak (1949-cü ilə kimi bura Hamamlı adlanıb) və Leninakanda (Gümrü) zəlzələ olan gün. O zaman da biz ermənilərə qarşı duyarlı olub yardım göndərmişdik.  O yardımının amansız cavabı hər kəsə məlumdur. Olmayanlara isə xatırladım ki, zəlzələ zamanı onlara yardıma göndərilmiş 78 nəfər azərbaycanlının oldugu “İL 76” təyyarəsi “STİNGER” qurgusu ilə vuruldu. Bax belə.  

Müasir duyğulu yazarlarımız sizin ermənilərinizin cavabı bu oldu. Amma mənim yaddaşımın altına qazınan bir hadisə də var. Ağdamda 1  saylı uşaq bağçası var idi. Mərkəzdə yerləşirdi. Bağçanın tibbi bacısı erməni idi. Şura deyirdik ona. Lap sonralar adını anamdan eşitdim ki, onun adı Şahxanımdır. Ağdamda hörmətli və tanınmış bir insanın Murad Rzayevin anası idi.

Murad Rzayev Ağdamda pioner evinin rəhbəri idi və ona hər zaman hörmətlə yanaşmışam. Çünki insanların anasını seçmək kimi bir şansı yoxdu. Əslində Şahxanım Karamazyandan o zamana qədər bir pislik görən olmamışdı. Bağçada uşaqlarla ən yaxşı davranan işçilərdən idi. Yaşlı ağ saçlı Şahxanım Karamazyan təmiz geyimi və səliqısi ilə fərqlənir, valideynlərlə də xoş davranırdı.

1988-ci ildə artıq mən 6-cı sinifdə oxuyurudum.  Karamazyan da hər zaman olduğu kimi bizim əsas magistiral yola baxan mətbəx pəncərəsinin qarşısından asta-asta işə gedirdi. Elə ki münaqişə başladı, onun işə gedişinin sayı seyrəkləşdi. Qonum–qonşiyla söhbətində demişdi ki, o bu durumdan çox narahatdı. Azərbaycanlı ilə evlənmiş, övlad böyütmüş, ömrünü Ağdamda keçirmiş bir qadının dediklərinə hər kəs inanırdı. Hələ ona qarşı həssas davranırdılar. Çalışırdılar ki, ona düşmən tərəfin qanını daşıdığını hiss etdirməsinlər. Amma...

Zəlzələ hər şeyi dəyişdi. Zəlzələ günü yenə də pəncərəmizin qarşısından keçən Şahxanım Karamazyan başdan ayağa qara geyinmiş, başına da qara örpək baglamışdı. O münaqişənin yeni başladığı, insanların hiddətli oldugu Ağdamda zəlzələdə böyük itki verən xalqına matəm saxlamaqdan çəkinməmişdi. Cəsarətli davranaraq qara libasını geyinib, örpəyini taxıb yasını saxlamışdı. Bu əslində bir qadın üçün cəsarəttli addım, bizim üçün isə dərs idi. O vaxt qonşu qadınlar onun işdən dönməsini gözləyib, küçədə qarşısını kəsib hesab sormuşdular. O da soyuqqanlı cavab vermisdi. Ölən pis olsa belə, onun milləti idi...

Babamın bir sözü var idi, qanı nə qədər yusan da, o sənin canından qidalanır. Ürəyindən və beynindən dövr edib keçir. Ona görə də beyindəki və ürəkdəki xislət dəyişməz. Azərbaycanlı kişidən övlad dünyaya gətirən, ömrünü Azərbaycan torpagında keçirən Şahxanım Əli və Bəxtiyarın (ilk şəhidlərimiz) şəhid olduğu Ağdamda xalqına matəm tutudu.

İndi Xocalı soyqırımının ildönümündə ermənilərdən üzr istəyən özünü qeyr-adi hesab edən Günel Mövludun amacı nədi bilmirəm. Onu ittiham belə, etmirəm. Çünki babam demiş, insanın qanı beynindən və ürəyindən qidalanır. Onu təmizləmək mümkün deyil...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı