Modern.az

Kvas istehsal edən müəssisə bağlandı - GÖRÜNTÜ

Kvas istehsal edən müəssisə bağlandı - GÖRÜNTÜ

Aktual

Bu gün, 17:34

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 68 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elvin Elbrus oğluna məxsus alkoqolsuz içki (kvas) istehsalı müəssisəsində yoxlama keçirib.

Modern.az xəbər verir ki, istehsal müəssisəsinə baxış zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

Müəssisədə butulkaların yuyulması üçün müvafiq avadanlıqların və şəraitin mövcud olmadığı, istehsal edilən kvas məhsulunun dəfələrlə istifadə olunan, köhnə və çirkli plastik butulkalarda qablaşdırıldığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Faktla bağlı inzibati protokol tərtib edilib, məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti isə məhdudlaşdırılıb.

Antisanitar şəraitdə kvas istehsal edən müəssisə bağlandı - FOTOLAR

Antisanitar şəraitdə kvas istehsal edən müəssisə bağlandı - FOTOLAR

Antisanitar şəraitdə kvas istehsal edən müəssisə bağlandı - FOTOLAR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...