Modern.az

Metro əvvəlki qrafiki nə zaman bərpa edəcək? - AÇIQLAMA

Metro əvvəlki qrafiki nə zaman bərpa edəcək? - AÇIQLAMA

Ölkə

Bu gün, 10:55

Ötən gün saat 12:10-da "Ulduz–Nərimanov" mənzilində aralıq kabelində baş vermiş qısaqapanmadan sonra metroda qatarların sabit və fasiləsiz hərəkətinin təmin edilməsi və tədbirlərin tam təhlükəsiz başa çatdırılması məqsədilə aprel ayının 22-si günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqəyə qaldırlıb. "Bakmil" istiqamətində hərəkət edən qatarlarda isə şənbə günü qrafikindən istifadə edilir.

Əvvəlki qrafikin nə zaman bərpa ediləcəyi sual doğurur.

Modern.az bu barədə məlumat almaq üçün “Bakı Metropoliteni” QSC ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hələlik müvafiq araşdırmalar gedir:

“Elektrik yarımstansiyasında müfəssəl araşdırma gedir. Bununla yanaşı, texniki işlər görülür. Bu işlərin hər birinə uyğun olaraq, ictimaiyyətə məlumat veriləcək. Nəticələrə uyğun olaraq, həm yekunu, həm də dövrü aralıqda olan bütün məlumatları ictimaiyyətə çatdıracağıq. Texniki müstəvidə bütün versiyalar daxil olmaq şərtilə dəqiq araşdırmalar aparılacaq. Elektrik yarımstansiyası da nəhəng infrastrukturdur. Hərtərəfli araşdırma aparılmalıdır ki, biz tam dəqiq informasiya ilə ictimaiyyətin qarşısına çıxa bilək. Ondan vacibi də odur ki, buna uyğun tədbirlər silsiləsi davam etsin. Artıq planlı qaydada işlər davam etdirilir. Gedişat barədə əlavə məlumat hamısı veriləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!