Modern.az

Həcc kvotasının 83 faizi hələ boşdur

Həcc kvotasının 83 faizi hələ boşdur

Aktual

Bu gün, 16:30

Həcc ziyarəti üçün ayrılan kvotanın indiyədək cəmi 17 faizi üzrə qeydiyyat aparılıb.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

"Nəzərdə tutulan kvotanın təxminən 17 faizi dolub. Kvotanın həcmi bir ay ərzində bəlli olacaq. Qeydiyyatın təxminən fevral ayına qədər davam etməsi nəzərdə tutulur. Lakin kvota daha tez dolarsa, qeydiyyat fevral ayından əvvəl də dayandırıla bilər".

Qeyd edək ki, son 3 ildə Həccə 4 190 azərbaycanlı zəvvar gedib. 2023-cü ildə ziyarətdə 1 440, 2024-cü ildə 1 500, 2025-ci ildə isə 1 250 azərbaycanlı iştirak edib. 

Xatırladaq ki, həcc ziyarəti üçün ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır), şəxsiyyət vəsiqəsinin surəti,
5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda),
sağlamlıq haqqında arayış tələb olunur.

Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı