Bu ilin may ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) işə başlayan Kamran Kərimbəyovun vəzifəsi dəyişdirilib.
Modern.az Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Agentlik sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kamran Kərimbəyov Media monitorinqi və təhlili departamentinin rəhbəri vəzifəsindən azad edilib.
Digər əmrlə o, Hesabatlılıq və Analitika şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Kamran Kərimbəyov müğənni Nərmin Kərimbəyovanın qardaşıdır.
Fotoda: Kamran Kərimbəyov
